...

Rusiya bankı Azərbaycan bankında iştirak payının yarısını alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ " , müxbir İ.Xəlilova, A.İsmayılova/ Azərbaycan Milli Bankı fevral ərzində Rusiyanın "Vneştorqbank"ına (VTB) Azərbaycan bankında iştirak payının yarısını almaq üçün icazə təqdim etməyi planlaşdırır. Bu barədə bazar ertəsi AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. O, Milli Bankın qərarınadək Azərbaycan bankının adını çəkməkdən imtina edib. ("Vneştorqbank" bu məsələ ilə əlaqədar olaraq "AF Bank"la danışıqlar aparıb və bunu Rusiya bankının top-menecerləri də təsdiqləyiblər)

Bu gün "AF Bank"ın səhmdarı UGUR 97 tikinti şirkətidir. O, daşınmaz əmlakı maliyyələşdirir və Azərbaycanda turizm sektorunun inkişafı məqsədilə üç nəhəng layihənin həyata keçirilməsini planlaşdırır.

VTB-nin İdarə Heyətinin sədri Andrey Kostin hələ ötən il bankın yaxın vaxtlarda Azərbaycanda bankın alqısı üzrə müqavilə bağlayacağını və bununla əlaqədar artıq razılıq əldə olunduğunu bildirib. "AF Bank"ın nəzərdən keçirilən üç bank sırasına daxil olmadığına baxmayaraq, göründüyü kimi, seçim onun üstündə dayanıb.

"Vneştorqbank"ın Azərbaycanda böyük planları var. Onun rəhbərliyinin bəyanatına görə, bank Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə qaz və neft hasilatı sənayelərində iri birgə layihələrin reallaşdırılması imkanları, həmçinin respublika iqtisadiyyatının digər sahələri-qida sənayesi və tikintidə investisiya layihələrinin maliyyələşdirilməsinin təşkil edilməsi perspektivlərini nəzərdən keçirir.

Ekspertlər VTB-nin Azərbaycanın bank bazarına daxil olması planlarını belə qiymətləndirirlər: "Bank bazarın hələ inkişaf etmədiyi və ona girişin ucuz başa gəldiyi anını istifadə etmək istəyir". Bu gün Rusiyanın iri banklarından yalnız "Uralsib"in Azərbaycanda törəmə bankı var. Bu, aktivlər üzrə top-10-a daxil olan "Nikoil Bank"dır.

VTB Ukraynada iki törəmə banka / VTB-Ukrayna brendi altında birləşdiriləcək Vneştorqbank-Ukrayna və Vneştorqbank-Mriya/ malikdir. Bundan əlavə, VTB Ermənistan və Gürcüstanda iki törəmə banka malikdir.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti