...

Azərbaycanda unun qiyməti qalxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / " müxbir P.Əliyeva, Ü.İsmayılova / Azərbaycanın Lənkəran rayonunda unun qiyməti qalxıb. Trend ın bölgə müxbirinin bildirdiyinə görə, bir kisə unun ( 50 kq) qiyməti 1-2 manat artaraq, 21 manat təşkil edib.

Lənkəran rayon İcra Hakimiyyətindən müxbirə bidiriblər ki, yaranan vəziyyət buğda və arpanın qiymət artımı ilə izah edilir.

2007-ci ilin iyulundan Azərbaycanda çörəyin orta qiyməti 0,2 manatdan 0,3 manatadək artıb. Ekspertlər çörəyin qiymətinin qalxmasını həm daxili, həm da xarici amillərlə izah ediblər.

Çörəyin qiymət artımının qarşısını almaq üçün, Azərbaycanın Nazirlər Kabineti 2007-ci ilin iyulunda, ölkəyə gətirilən taxıla ƏDV-nin ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan taxılı, əsasən, Rusiya, Türkiyə və Qazaxıstandan idxal edir. Rusiyada ixrac olunan taxıla əlavə 22 avro tətbiq edilməsindən sonra, Azərbaycana taxıl ixracı, yeniliklərin tam tətbiq edilməsinədək dayandırılıb.

Azərbaycanın taxıla illik təlabatı 3 mln. ton təşkil edir, bunun 1 mln. tonu idxal olunur.

Azərbaycanın ərzaq taxılına illik təlabatı 1,530 mln. ton, aylıq - 129,640 min. ton təşkil edir, bir nəfərin payına isə ayda180 kq düşür.

Lakin ƏDV-nin ləğvi qiymət artımının qarşısını ala bilməyib. Müstəqil ekspertlərin fikrincə, nəzərə alsaq ki, qiymət artımı ilə çörəyin çəkisi 500-dən 350 q-a və 1 kq-dan 500 q-a enib, onda, çörəyin qiymət artımı təxminən 30 faiz təşkil edib.

Azərbaycan hökuməti unun qiymətinin qalxmasının qarşısını almaq üçün noyabrda növbəti qərar qəbul edib. Taxıl istehsalının stimullaşdırılması üçün və daxili istehsal hesabına çörək və çörək məhsulların olan tələbatı ödəmək üçün taxıl istehsalçılarına, hər əkin hektarına 40 manat dəyərində yardım göstəriləcək.

2007-ci il dekabrın sonunda yaz mövsümü üçün Azərbaycanda 880 min 339 ha sahəsində taxıl əkilib, bunun 603 min 960 ha - ərzaq taxılıdır, bu da 2008-ci ildə taxıl

istehsalının 250-300 min ton artırmasına imkan yaradacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - Ulviyya

Xəbər lenti

Xəbər lenti