...

Azərbaycanda zibilin yandırılması üçün ilk zavodun tikintisinə dörd şirkət maraq göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral/ " , müxbir İ.Xəlilova/ Məişət tullantılarının yandırılması layihəsi üzrə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məsləhətçisi olan Britaniyanın "Curry& Brown" şirkəti tenderdə iştirak edən podratçı şirkətlərin təkliflərini qiymətləndirməyə başlayıb. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, tenderdə dörd şirkət iştirak edib. Bunlar Fransanın CNİM, Avstriyanın EVN, Almaniyanın "Enconi" və Rusiyanın "Moskekostroy/Mosspeçstroy" şirkətləridir.

Nazir müavini üç-dörd həftə ərzində onların təkliflərinin qiymətləndirilməsinin başa çatacağını düşünür. Nazir müavini qiymətləndirmə sona çatanadək layihənin dəyərini açıqlamaqdan imtina edib, lakin onun bir neçə yüz milyon avro qiymətləndirildiyini bildirib.

Hökumət layihənin maliyyələşdirilməsini öz üzərinə götürür. Belə ki, bu gün zibilin yandırılması üzrə müəssisənin effektivliyindən danışmaq çətindir.

"O, gəlir gətirməyəcək və bu hər yerdə belədir. Belə ki, zavodun kapital xərcləri çox yüksəkdir" - Cabbarov bildirib.

Zavodun Balaxanıda, hazırkı məişət tullantıları poliqonu yaxınlığında tikmək nəzərdə tutulub. Onun illik gücü 500 min ton təşkil edəcək. Podratçı üçün əsas şərt müəssisənin ən yaxşı təmizləmə və enerji əldə etmək üçün texnikayla tikilməsidir. Hökumət zavodun tikintisinin 2008-ci ilin birinci yarısında başlayacağına ümid edir.

Rəsmi məlumatlara görə, Bakı və onun sərhədlərindən kənarda hər il 1 mln. ton məişət tullantısı toplanır.

Bu gün Bakı ətrafında üç məişət tullantıları poliqonu var.

Məqalə müəllfinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti