...

Azərbaycan Mərkəzi və Şərqi Avropa və MDB regionunda iqtisadi inkişaf üzrə liderdir –AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 16:14 (UTC +04:00)
Azərbaycan Mərkəzi və Şərqi Avropa və MDB regionunda iqtisadi inkişaf üzrə liderdir –AYİB

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir İ.Xəlilova/ Mərkəzi və Şərqi Avropa, həmçinin, MDB regionunda iqtisadiyyat üzrə ən yüksək inkişaf tempi Azərbaycanda qeydə alınıb. Avropa Yenidənqurma və İnkişaf Bankının keçid dövründə islahatların gedişi və iqtisadi inkişaf üzrə açıqlanan hesabatında bildirilir ki, 2007-ci ildə iqtisadiyyatın artım tempi 30 faizə çatıb və 2008-ci ildə onların stabil səviyyədə - 25 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır.

Lakin regionda inflyasiyanın artım tempinin gözlənilən enişinə baxmayaraq, Azərbaycanda istehlakçı qiymətlərinin indeksi 2008-ci ildə, 16 faizə qalxacaq. Qeyd edək ki, 2006-cı ildə bu göstərici 8,3 faiz olub. Ötən ilin yekunu üzrə inflyasiya 16,7 faiz təşkil edib.

Hazırkı sənəddə son zamanlarda dünyanın maliyyə bazarlarında baş verən proseslərin regionun iqtisadi inikşafına təsir qiyməti göstərilib.

Xəbər lenti

Xəbər lenti