...

2008-ci ildə Bakıya 1000 iri tutumlu avtobus gətiriləcək (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 17:03 (UTC +04:00)
2008-ci ildə Bakıya 1000 iri tutumlu avtobus gətiriləcək (video)

Azərbaycan, Bakı, 26 fevral / Trend , S.Əliyev/ Hazırda Bakıda şəhərdaxili daşımalar üçün 1800-dən çox avtobusa, şəhərətrafı isə, 800 avtobusa ehtiyac var. Bu barədə çərşənbə axşamı "Bakısərnişinnəqliyyat" (Bakıda sərnişin daşıma) Departamentinin rəhbəri Ceyhun Abdullayev məlumat verib.

"2008-ci ildə Bakıya təxminən 1000 iri tutumlu yeni avtobus gətiriləcək" - deyə o bildirib.

"Bu gün paytaxtda təxminən 3600 avtobus tələblərə və sərnişin daşıma standartlarına uyğun deyil. Onların hamısı dəyişdirilməlidir" - deyə o vurğulayıb.

Hazırda Bakıda təxminən 700 geniş tutumlu avtobus var.

Azərbaycan Nəqliyyat Nazirliyinın planına müvafiq olaraq, Bakıda və ondan kənarda sərnişin marşrutları optimal vəziyyətə gətiriləcək. Bu gün Bakıda az və orta tutumlu təxminən 3100 avtobus var. Az tutumlu avtobusların ləğv edilməsi, orta tutumlu avtobusların sayının artırılıması və iri tutumlu avtobusların tətbiq edilməsi planlaşdırılır. Bunun hesabına avtobusların sayı 2000-ə qədər azalacaq. Bununla yanaşı, xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə artmalıdır.

Analoji tədbirlər nəticəsində, şəhərətrafı avtobusların sayının azaldılması da planlaşdırılır. Onların ümumi sayı 1263-dən 814-ə qədər azaldılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti