...

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üçün növbəti monitorinqin vaxtı müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2008 13:11 (UTC +04:00)

.

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir S.Babayeva / 2008-ci ildə Azərbaycanda "quş qripi"nin qarşısının alınması üçün aparılan növbəti -- üçüncü monitorinqin vaxı müəyyənləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Baytarlıq Xidmətinin verdiyi məlumata görə, monitorinq martın 25-dən başlayıb, bir həftə müddətində davam edəcək. Vəhşi və ev quşlarından alınan nümunələrin laboratoriya tədqiqiatı da təxminən eyni müddətdə aparılacaq.

Monitorinq Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Ovçular Cəmiyyətinin xüsusi mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılacaq və Abşeron, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran və Xəzərin sahilboyu əraziləri əhatə edəcək.

Aparılan son iki monitorinq ölkə ərazisində virus aşkarlamayıb.

Keçən il Dövlət Xidməti 12 monitorinq keçirib, 8 mindən artıq vəhşi və ev quşlarını tədqiq edib və onların heç birində virus daşıyıcılarını aşkarlamayıb.

2005-ci ilin payızından quş ovuna, vəhşi quşların istifadə və satışına qoyulmuş qadağa bu gün də qüvvədədir. Ölkə ərazisində "quş qripi"nin qarşısının alınması üçün bütün sərhəd-buraxılış baytarlıq məntəqələri gücləndirilmiş iş rejimilə işləyir. Dövlət Xidməti ev quşlarını qapalı məkanlarda saxlamağı, virusun daha çox təsadüf olunduğu vəhşi quşlarla hər hansı təmasdan çəkinməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti