...

Azərbaycanda istehlak məhsullarının ekspertiza mərkəzi ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / " müxbir Ü.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak məhsullarının ekspertizası mərkəzinin (laboratoriyaları ilə birgə) ləğv edilməsi barədə sərəncam verib,- rəsmi mətbuat xəbər verir.

Mərkəzə məxsus daşınmaz əmlak, eləcə də mərkəzin səlahiyyətləri (idxal və ixrac mallarının ödənişli ekspertizasının aparılması, dövriyyədə olan malların keyfiyyətinin yoxlanılması) İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə Dövlət Xidmətinin balansına verilir.

Sərəncam prezidentin Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər haqqında 2006-cı il 28 dekabr tarixli Fərmanının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə verilib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti