...

NİKOYL bankı üçün banklararası kreditlər üzrə limitlər artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend / İKB NİKOYL-un əsas səhmdarı olan URALSİB korporasiyasının aktivlər və passivləri idarəetmə üzrə Komitəsinin qərarına əsasən, NİKOYL bankı üçün banklararası kreditlər üzrə müəyyən edilmiş limit 74,57 mln. dollar məbləğinə qədər artırılıb. Bu barədə bazar ertəsi bankın yaydığı məlumatında deyilir.

Qərar banka olan etibarın artmasını və Azərbaycanın bank sisteminə xarici kapitalın yüksək marağını sübut edir.

Limitin artırılması nəticəsində əldə edilmiş resurslar ilk növbədə Azərbaycanın real iqtisadi sektorunun kreditləşdirilməsinə istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti