...

İordaniyanın aparıcı iş adamları birinci Bakı-Əmman reysi ilə Azərbaycana gələcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart/ " müxbir İ.Xəlilova/ Birinci Bakı-Əmman reysinin açılışı çərçivəsində, aprelin 3-də İordaniyanın bir qrup aparıcı iş adamı Azərbaycana gəlir. Bu barədə Azərbaycanın İxracat və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

İordaniya kralı II Abdulla bin Hüseynin tapşırığı ilə nümayəndə heyətinə Azərbaycanın iş adamları ilə münasibətlərin yaradılması üçün gələn beş-altı iri şirkətin nümayəndələri daxil ediləcəklər.Birinci Azərbaycan-İordaniya biznes-forumu və İordaniya milli sərgisi İordaniya krallığının Baş naziri Maruf Əl Baxitin (Marouf Al Bakhit) Azərbaycana səfəri çərçivəsində, 2006-cı ilin noyabrında Bakıda keçirilib. Bu nümayəndə heyətində tikinti, kimya, qida sənayesi, səhiyyə, kənd təssərrüfatı, məişət avadanlığı sahəsində 30-dan çox şirkətin nümayəndələri təmsil olunmuşdular.

2007-ci ilin yekunlarına görə, Azərbaycan və İordaniya arasında mal dövriyyəsi $1 291,8 min (AR mal dövriyyəsinin ümumi həcminin 0,01 faizi) təşkil edib. 2008-ci ilin yanvarı ərzində ölkəyə $19,9 min məbləğində İordaniya malı idxal edilib. İxrac əməliyyatları isə, həyata keçirilməyib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti