...

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi əməkdaşlarının tətili dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2008 11:46 (UTC +04:00)
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi əməkdaşlarının tətili dayandırılıb

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin (DYİ) Biləcəridəki lokomotiv deposunun işçilərinin əmək haqlarının qaldırılması tələbi ilə cümə günü keçirdikləri tətil hüquq-mühafizə orqanları və DYİ tərəfindən dayandırılıb. Bu barədə şənbə günü tətilçilərin nümayəndələri məlumat veriblər.

Aksiya iştirakçılarına ali orqanlara məktubla müraciət etmək təklif olunub. Aksiya iştirakçılarının nümayəndələrindən ibarət qrup yaranan vəziyyəti müzakirə etimək üçün mayın yeddisində DYİ-yə dəvət olunub.

Lokomotiv deposunun işçiləri tətilə cümə günü başlayıblar. Tətilçilər əmək haqlarının minimum iki dəfə qaldırılımasını tələb edirdilər.

Ötən ilin sonundan cari ilin aprel ayınadək depo işçiləri 30 manat həcmində təzminat alıblar. Lakin məzuniyyətdə və xəstəxanada olanlar bu vəsaiti almayıblar. "Hazırda bizə deyirlər ki, aprelin 1-dən biz əmək haqlarını 28 manat 60 qəpik əlavə ilə alırıq. Əmək haqqına edilən əlavənin həcmi, vəzifəsindən asılı olmayaraq, deponun bütün əməkdaşları üçün eynidir.

DYİ-nin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin aprel ayının 1-dən dəmir yolunun bütün əməkdaşlarının əmək haqları 28,6 manat qaldırılıb. Bu, tətilçilərə də şamildir. Bu gün dəmir yolu üzrə orta aylıq əmək haqqı 302 manat təşkil edir. Bundan əvvəl isə, bu rəqəm 274 manat təşkil edirdi.

"Tətil ölkənin dəmir yolunun fəaliyyətində, yük və sərnişin daşımalarında əks olunmayıb", - deyə DYİ-dən bildiriblər.

Fevral ayında bu deponun əməkdaşları əmək haqlarının qaldırılması tələbi ilə artıq bir dəfə tətil keçiriblər. DYİ-nin rəhbərliyi ilə görüşdən sonra tətil dayandırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan capital

Xəbər lenti

Xəbər lenti