"Latın Amerikası ölkələrinin regional üstünlüyün təsdiq edilməsinə dair siyasəti qlobal əsrin iqtisadi həqiqətləri ilə üzləşəcək", - Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin keçmiş baş iqtisadçısı Bredford cümə günü elektron poçtu ilə Trend -a bildirib.
Latın Amerikası ölkələrinin iqtisadi və siyasi inteqrasiyasının gücləndirilməsi üçün regional UNASUR təşkilatını yaradır. Bu təşkilatın Aİ-nin bənzəri ola bilər. Yeni birliyin məcmu ümumdaxili məhsulu təqribən $2 mlrd. təşkil edir. Baş qərargah Ekvadorun paytaxtında - Kitoda yerləşəcək, təşkilatın birinci rəhbəri isə Çili prezidenti Mişel Baçelet olacaq. Vahid valyuta və bütün qitə üçün ümumi olan Mərkəzi Cənub Bankının yaradılması planlaşdırılır.
"Banko-del-Surun (Cənub Bankı) yaradılması zərər vurmayacaq, lakin, dünya bununla dəyişməyəcək. Latın Amerikası valyutası isə, Amerika dolları, avro və yenə qarşı dayana bilməyəcək", - Bredford bildirib.
Amerika ekspertinin sözlərinə görə, Latın Amerikası ölkələrində Dünya Bankı və BVF də daxil olmaqla, başlıca beynəlxalq maliyyə institutlarından asılılığın zəifləməsi tendensiyası mövcuddur.
"Dünya iqtisadiyyatı ABŞ-da daxili ehtiyatları ötən tələbatı kompensasiya etmək üçün profisitlə ödəmə balansına malik bu ölkələrə söykənir, həmçinin dövlət xərclərinin dövlət gəlirlərindən, idxalın isə ixracdan çox olmasını nəzərə alsaq bu normaldır", - Bredford bildirib.
Amerika eksperti Latın Amerikası ölkələrinin iqtisadi təsis zonasının yaradılması üzrə səylərinin onları dünya təsirindən təcrid edəcəyinə dair fikri səhv adlandırıb.
"Bu gün bütün ölkələr anlamalıdırlar ki, bu gün əsas problemlər qlobal xarakter daşıyır və bir regionda məhdudlaşa bilməz. Səyləri problemlərin qlobal, regional, milli və yerli səviyyədə həllinə yönəltmək, regionalizm və ya millətçiliyin XXI əsrin qlobal problemlərini həll etmək üçün yetərli qüvvə olduğuna dair yanılmaq lazım deyil.
Amerikalı ekspert hesab edir ki, Amerika dolları və avro da daxil olmaqla, dünya təşkilatlarının əsas valyutaları, puldan daha çox anlayışdırlar.
"Varlı və ya kasıb olmasından asılı olmayaraq, heç bir ölkə problemin qlobal xarakterinə və ya bu problemlərin idarə edilməsinə dair qlobal qərarlara etinasızlıq göstərə bilməz", - o bildirib.
Mont Pelerin Birliyinin katibi və İsveçin Özəl Sahibkarlar Federasiyasının keçmiş prezidenti Karl-Yoxan Vestholmun (Carl-Johan Westholm) rəyinə görə, UNASUR-un uğuru əsas etibarilə təşkilatın özündən deyil, Birliyin niyyətləri və onun rəhbərlərinin səciyyəvi cizgilərindən asılıdır.
"Daimi risk var ki, yaxşı fikirlər və yaxşı liderlər üstün ola bilməyəcəklər", - Vestholm elektron poçtu ilə Trend -a bildirib.
Onun sözlərinə görə,siyasətin fikirlərə təsir riskini minimallaşdırmaq üçün onlar arasında mövcud balansı təmin etmək lazımdır.
UNASUR-un yaradılması prosesi hələ 2004-cü ildə başlayıb. Yeni ittifaq çərçivəsində And Birliyini və Cənubi Amerika ümumi bazarı MERKOSUR birləşdirmək nəzərdə tutulur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap