Azərbaycan, Bakı, 02 iyun/ Trend / Çərşənbə axşamı Bakıda işə başlayacaq "Xəzərin neft və qazı, emal və neft kimyası" XV yubiley sərgisi və konfransında ekspozisiya sahəsi ötən illə müqayisədə, 12 faiz artacaq. Bu barədə bazar ertəsi sərgiyə həsr olunmuş mətbuat konfransında "Caspian Oil and Gas" sərgi - layihəsinin meneceri Samirə Teymurova məlumat verib.
Sərginin yeni iştirakçıları onun ümumi sahəsinin 21 fazini təşkil edəcəklər. Sahənin 85 faizi dünyada məşhur şirkətlərə və onların yerli nümayəndələrinə ayrılıb.
Sərginin fəaliyyət göstəridiyi illər ərzində hər il yerli şirkətlərin sayının artması nailiyyətdir. Bu il onların iştirakı 30 faiz təşkil edəcək. Teymurova bildirib ki, MDB ölkələrindən olan iştirakçıların sayı 40 faiz, əcnəbi şirkətlərin payı isə, 30 faiznəzərdə tutulur.
Azərbaycanın Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti layihəyə rəsmi dəstək göstərirlər.
"Xəzərin neft və qazı, emal və neft kimyası"XV illik yubiley sərgi və konfransı iyunun 3-də işə başlayacaq. Bu tədbirin keçirilməsi Azərbaycanın neft-qaz sektorunun inkişafında vacib rol oynayır. Sərginin təşkilatçıları Azərbaycanın Ticarət-Sənaye Palatası, İTE Group PLC şirkəti və İteca Caspian LLC şirkətidir.
Sərgi hər il çox sayda yerli və əcnəbi şirkətlər cəlb edir. Bu şirkətlər Azərbaycanda mövcud əlaqələrini inkişaf etdirir və yenilərini qazanırlar. Bu tədbirin iştirakçılarının sayını daimi olaraq artması, həmçinin, yeni şirkət və təşkilatların ona qoşulması, Azərbaycanın neft-qaz sektoruna nəzərəçarpacaq dərəcədə artan maraqdan danışmağa imkan verir.
Bu gün Azərbaycan dünya enerji ehtiyatları bazarında ciddi beynəlxalq oyunçuya çevrilib. Bu il ölkədə təqribən 61 mln. ton neft və 16 mlrd. kubmetr qaz hasil ediləcək. Qısa dövr ərzində Azərbaycan özünün enerji təhlükəsziliyini təmin edə və regionun digər ölkələrinə, xüsusilə də Gürcüstana yardım göstərə bilib. Hazırda gündəlikdə dayanan əsas məsələ yalnız ölkədə deyil, Xəzər regionunun digər dövlətlərində də hasil edilən qazın tədarükü hesabına, Avropa ölkələrinin enerji təhlükəsziliyinin təmin edilməsidir.
Yubiley sərgisi çərçivəsində "Avropanın enerji təminatında Xəzərin neft-qaz ehtiyatlarının rolu" konfransı keçiriləcək.
Sərgi və konfrans iştirakçılarının, o cümlədən onun sponsorlarının siyahısında dünyanın neft və enerji sektorunun aparıcı şirkətləri - RWE AG, Shell, Statoil Hydro, Azərbaycan Beynəlxalq Bankı, Cooper Cameron Petroleum, Total, BP, Salans, OMV, Nobel Oil və digərləri var.
Sərgidə dünyanın 33 ölkəsindən 380 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli stendləri də təmsil olunacaqlar. Bundan əlavə, Yaponiyanın Neft, Qaz və Metal Korporasiyası (JOGMEC), Gürcüstanın Neft-qaz Korporasiyası (GOGC), həmçinin, Azərbaycanın dövlət strukturları iştirak edəcəklər.
Sərginin ikinci günündə ənənəvi konfrans işə başlayacaq. Konfransda 500-dən çox nümayəndə iştirak edəcək. Sahənin 50-dən çox aparıcı mütəxəssisi məruzəylə çıxış edəcəklr. Onların arasında Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Belarus, İsrail, Qazaxıstan, Türkmənistan, İtaliya və digər ölkələrin neft və energetika sahələrinin dövlət strukturlarının rəhbərləri var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]