...

ABŞ qlobal mal və maliyyə bazarlarını dəyişdirmək iqtidarında deyil – Rusiya prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir A.Bədəlova/ Qlobal idarəetmə institutları sistemi dünya maliyyə böhranı, təbii ehtiyatların və ərzağın qiymətlərinin artması nəzərə alınmaqla, qarşısında duran çağırışlara uyğun gəlmir. Bu barədə şənbə günü XII Peterburq İqtisadi Forumunun açılışında çıxışı zamanı Rusiya prezidenti Dmitri Medvedyev bildirib.

"Bu gün ən kəskin olan problemlərin həllinə üçün məsuliyyət daşıyan beynəlxalq meydançaların olmadığı şəraitdə institutların bir növ boşluğu müşahidə olunur", - Medvedyev bildirib.

Onun rəyinə görə, hətta ən güclü olan bir ölkənin qlobal hökumət rolunu öz üzərinə götürə bilməsi haqqında təsəvvürlər xülyadır. Maliyyə siyasətinə görə cavabdeh olan qlobal idarəetmə institutları faktiki olaraq bazar iştirakçılarının reallaşdırdıqları strategiyaya təsir vasitələrinə malik olmayıb.

"ABŞ-ın dünya iqtisadiyyatı sistemində rolunun real imkanlarına uyğun olmaması hazırkı böhranın əsas səbəblərindən biri olub. Amerika bazarı nə qədər böyük olsa da, Amerika maliyyə sistemi nə qədər etibarlı olsa da, qlobal mal və maliyyə bazarlarını dəyişdirmək iqtidarında deyil", - prezident söyləyib.

Medvedyevin sözlərinə görə, bu gün Rusiya qlobal oyunçudur və yeni oyun qaydalarının formalaşdırılmasında iştirak etmək istəyir. Belə ki, ölkə müvafiq ictimai imkanlara və ehtiyatlara malikdir.

Xəbər lenti

Xəbər lenti