...

Bank Respublika-dan "Maltaya səyahət" kampaniyasının qalibləri müəyyən olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun/ Trend / Bank Respublika-nın baş ofisində müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət münsiflər heyətinin iştirakı ilə "Malta səyahəti" uduş kampaniyasının mükafatlarının oynanılması mərasimi keçirilib.

Kampaniya çərçivəsində 7 günlük 2 nəfərə Malta səyahəti və 11 əlavə mükafat - 1 noutbuk və 10 ədəd iPod Touch audio-video pleyeri oynaılıb. Bank hədiyyə qazanmış müştəriləri telefonla xəbərdar edir.

Kampaniyada Bank Respublika-nın MasterCard, Maestro və VISA plastik kartlarının istifadəçiləri iştirak ediblər. Bu il martın 1-dən iyunun 1-dək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya avro məbləğində aparılan hər əməliyyat, avtomatik olaraq, 1 şans kimi qeyd olunub.

Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Bank Respublika-nın kartları ilə, sadəcə, iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5000-dək AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq olar.

Bank Respublika kartlar üzrə Home Banking, Card-to-Card, MobilBank və sair əlavə xidmətlər də göstərir. Bank Respublika plastik kartlarının sahibləri Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə endirimlər əldə edirlər.

Yaxın vaxtlarda Bank Respublika plastik kart müştəriləri arasında yeni uduş kampaniyasını elan etməyi planlaşdırır və bu kampaniyanın da əsas mükafatı xaricə səyahət olacaqdır.

Xəbər lenti

Xəbər lenti