...

Türkiyədə qarşıdakı illərdə orta hesabla illik 5,5 faiz iqtisadi artım planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2008 15:53 (UTC +04:00)

Türkiyə, Ankara, 29 iyun / Trend müxbir T.Əliyev/ Türkiyədə gələn il 5, 2010-cu ildə - 5,5, 2011-ci ildə isə - 6 faiz iqtisadi artım əldə edilməsi proqnozlaşdırılır.

Türkiyənin Dövlət Plan Təşkilatının hazırladığı və 2009-2011-ci illəri əhatə edən ortavədəli proqram Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Proqrama əsasən, qarşıdakı 3 il ərzində investisiya, yeni iş yerlərinin yaradılması və ixracata üstünlük verən artım strategiyası davam etdiriləcək.

İnflyasiya 2009, 2010 və 2011-ci il üçün müvafiq olaraq 7.5, 6.5 və 5.5 faiz olaraq proqnozlaşdırılır. Proqramda qeyd edilir ki, həmin dövrdə Mərkəzi Bank inflyasiyanın azalmasına çalışacaq və maliyə siyasəti bu istiqamətdə aparılacaq. Dövlət büdcəsindən maliyələşən qurumlarda işləyənlərin maaşı proqnozlaşdırılan inflyasiya faizinə uyğun olaraq artırılacaq. İnflyasiya faizi proqnozları aşarsa, aradakı fərq ödənəcək.

Proqramın əhatə dövründə 1,3 milyona yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənəddə yoxsulluğun azaldılmasına dair tədbirlər, yoxsulların vəziyyətinə görə kateqoriyalaşdırılması, bununla da yoxsulluğun nesildən nəsilə keçməsinin qarşısının alınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti