Azərbayacn, Bakı, 21 iyul/ Trend , müxbir E.Tariverdiyeva/ Iyulun 12-də bir bareli ilk dəfə 147 dollara qalxan neft rekord qiymətə çataraq, bir həftə sonra sürətlə enməyə başladı. Həftə ərzində təxminən 20 dollar itirərək, avqust fyuçerslərinin Amerikanın Light Sweet Crude Oil markalı yüngül neftinin qiyməti bir bareli 128 dollar oldu. Son üç gündə Nyu-Yorkda xammal neftin qiyməti bir barel üçün 15,89 dollara enib.
Neftin qiymətlərinə əksəriyyətin təəccübnə səbəb olan, Braziliyada Petrobras Dövlət Şirkətinin iyulun 14-də başladığı beşgünlük tətil də təsir etmədi və nəticədə, bir gündə hasilat 400/barel azaldı.
Senator Obamanın prezident seçiləcəyi təqdirdə, Əfqanstana qoşun yeridəcəyi və İrana sanksiyalar tətbiq edəcəyi barədə verdiyi gözlənilməz bəyanat da neftin qiymətinə təsir etmədi.
Lakin neft qiymətlərinin birdən-birə bu qədər enməsinin səbəbləri aydındır. Keçən həftənin axırında baş verən iki xoşbəxt hadisənin üst-üstə düşməsi yanacağın qiymətlərini endirdi: Ağ Evin şəxsi şelflərdə neft hasilatına qoyulan qadağanı ləğv etməsi, İran və Qərb ölkələri arasında gərginliyn zəifləməsi.
ABŞ hökuməti başa düşüb ki, neftin rekord templə artan qiymətləri şəraitində, ölkə üçün şəxsi yataqların işlənilməsinin əhəmiyyəti daha da artır.
Keçən həftə ABŞ prezidenti Corc Buş 1981-ci ildə qəbul edilmiş Atlantik və Sakit Okeanlardakı və Meksika körfəzindəki şelflərdə neftin hasil edilməsinə dair qoyulan qadağanı ləğv etdi və konqresmenlərə bu təşəbbüsü dəstəkləmələri üçün müraciət etdi. "Amerika xalqı və bu zəngin neft yataqları arasında duran yeganə məsələ, - Konqresin qərarıdır", - Buş deyib.
Ağ Ev başçısı ilk dəfə bu təkliflə konqresmenlərə 2008-ci ilin iyununda müraciət edib. Onun fikrincə, şelf yataqlarının işlənməsi benzinin yüksək qiymətlərinə qarşı aparılan mübarizə ilə yanaşı, ABŞ-a öz neft ehtiyatlarını artırmağa və ixrac təchizatından daha az asılı olmağa kömək edəcək. Şelfin neft ehtiyatları 18 milyard barel qiymətləndirilir. Bu, təxmiən ABŞ-ın sübut edilmiş ehtiyatlarının beşdə bir hissəsidir.
Yeri gəlmişkən, ABŞ-da yanacaq probleminin böhran kimi qəbul olunmasında tələskənliyə yol verilib.
Prezidentin bu təşəbbüsünü heç də bütün konqresmenlər dəstəkləmiyiblər. Belə ki, prezidentliyə Demokrat partiyasından olan namizəd Barak Obama qadağanın ləğv edilməsinə qarşı çıxıb. "Əgər şelfdə neft hasialtı benzinin qiymətinin azaldılmasına və ya müstəqil enerji strategiyasının işlənib hazırlamasında qısamüddətli nəticələrə nail olmağa kömək etsəydi, biz, riskə baxmayaraq, bu imkanı nəzərdən keçirərdik", - Obamanın nümayəndəsi Bill Berton bəyan edib.
Konqres Buşun qərararını dəstəkləsə belə, ABŞ-ın neft ixracından tezliklə azad olmasını və ya benzinin qiymətinin enməsini gözləməyə dəyməz.Ekspertlərin, o cümlədən prezident administarsiyasından olanların qiymətləndirmələrinə görə, şelf hələlik işlənməyə tamamilə yararsızdır və buna görə də Amerika ilkin nəticələri bir neçə il gözləməli olacaq.
Şelfin işlənilməsi külli miqdarda vəsait tələb edəcək ki, bu da iştirakçı neft şirkətlərinə hökumətdən güzəştlərin almaq imkanı verəcək. Bu, əlbəttə , hökumət və vergi ödəyicilərindən əlavə xərclər tələb edəcək. Hər necə olsa, Birjalar Buşun qadağanı ləğv etməsinə dərhal qiymətlərin endirilməsi ilə cavab veriblər ki, bu da ötən şənbə Cenevrədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solananın İranın Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlali ilə danışıqlarında daha da möhkəmlənib.
Keçən həftədən başlayaraq, neft qiymətlərinin son artımı raket sınaqlarından sonra ABŞ və İsrailin İrana mümkün hərbi hücumu barədə yayılan şayiələrlə bağlı idi. Birləşmiş Ştatlarda ekspertlərin əksəriyyəti neft bazarında qiymətlərin artması səbəbindən, bir gündə İrana 25 milyon dollar gəlir gətirən raket nümayişlərini "uydurma"adlandırıblar. Çünki İran OPEK-də, Səudiyyə Ərəbistanından sonra, gündə 4 milyon barel neft hasil edən ikinci neft ixracatçısı sayılır.
Şənbə günü ABŞ Dövlət Katibinin müavini Uilyam Bernsin iştirakı ilə "altılığın"baş tutan danışıqalrı, İran probleminin tənzimlənməsinə ümid verir. Bu görüş 1979 -cu ildə diplomatik əlaqələrin kəsilməsindən sonra, iki ölkə arasında yaranan birbaşa əlaqələrin ən yüksək səviyyəsi olub.
"Neft qiymətlərinin enməsi Qərb və OPEK üzvü - ay ərzində qiymətləri sabit saxlayan İran arasında mövcud gərginliyin zəifləməsinin nəticəsi olub", - işgüzar həftənin nəticə yekunlarında maliyyə kanalı CNBC bildirib.
Lakin danışıqlar zamanı tərəflər ən başlıca məsələdə razılığa gələ bilməyiblər. Cəlili İranın "altılığın"fikri ilə razılşacağı ilə bağlı Qərbə heç bir zəmanət verməyib. Görüşün nəticələri üzrə Amerika və Avropa diplomatları Tehrana fikirləşmək üçün iki həftə vaxr veriblər.
"Qara qızılın" qiymətinin gələcək dinamikliyi iki faktdan - Konqresin şelfin işlənilməsi üzrə moratoriumu ləğv etməsinə verəcəyi razılıqdan və İranın iki həftəlik "fikirləşməsindən" asılı olacaq.