...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2008 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend / İyulun 23-də Bakı Fond Birjasında Milli Bankın 50102919S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 000 000 manat, hərraca çıxarılan həcmi - 40 000 000, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında deyilir. Hərracda 13 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 32 717 200 manat təşkil edib. Sifarişlər 98.99% (gəlirlik 13.12%) - 99.23% (gəlirlik 9.98%) qiymət intervalında təqdim edilib.Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.10% (gəlirlik 11.68%) orta ölçülmüş qiymət - 99.15% (gəlirlik 11.02%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 1 433 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 31 197 200 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi - 20 avqust.

Xəbər lenti

Xəbər lenti