Azərbaycan, Bakı, 07 avqust/ Trend Cap / The Heritage Foundation-in (ABŞ) Baş elmi əməkdaşlı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün
Berlindən Bakıyadək, ekspertlər 2008 - ci ilin iyulunu Rusiya biznesi üçün tarixi ay adlandırırlar. Bu Baş nazir Vladimir Putinin yaxın tərəfdaşı Sergey Çemezovun hazırda Rusiya texnologiyaları ("Rostexnologiya") imperiyasının bir hissəsi olan 426 - dan çox əlavə müəssisə üzərində nəzarəti sərtləşdirdiyi vaxtdır.
Bu, Rusiyanın Azərbaycan kimi qonşuları üçün vacibdir. Belə ki, burada "külək hara əsir" əlaməti işləyir. Külək isə daha inadkar, belə desək, daha təcavüzkar istiqamətdə - Rusiya istiqamətində - onun periferiyası və dünya ətrafında əsir.
Dünya səviyyəsində fəal Rusiya dövləti üçün Rusiyanın beynəlxalq dövlət silah və metal holdinqi yaranır. Lakin onun yaranışı, Dmitri Medvedyev prezident olandan, ali Rusiya elitasında amansız mübarizəyə səbəb olub.
Əslində, Medvedyev - açıq iqtisadi liberal - dövlətin iqtisadi gücünün möhkəmləndirilməsinin əleyhinə çıxış edir. PostPutin varisliyində Medvedyevin keçmiş rəqibi Sergey İvanov da hakimiyyətin ələ keçirilməsinin əleyhinə çıxış edirdi. Və bu hələ hamısı deyil.
Putin Rusiya texnologiyalarını, dövlət korporasiyasını üç vəzifənin yerinə yetirilməsi üçün yaradıb. İlk vəzifə əfsanəvi orta maşınqayırma nazirliyini və ya Sredmaşı - SSRİ-nin hərbi-sənaye kompleksinin mərkəzində duran sovet dövrünün nəhəngini bərpa etməkdən ibarətdir. İkinci vəzifə bütün dünyada rəqabət üçün silahdan başlayaraq, titan və misədək, Rusiya texnologiyaları və yarımfabrikatlarının alınması, üçüncü vəzifə isə, Moskvadakı mənbələrin dediyi kimi, seçilmiş kiçik hissələrin özəlləşdirilməsi olub.
Yapon dzaybatsuları özəl şəkildə ələ keçirildiyi halda, Rusiya dzaybatsularının əksəriyyəti dövlətə məxsusdur - ən azı indiki şəraitdə. Energetika sahəsində "Rosneft" və "Qazprom" buna aiddir. Rusiya texnologiyaları sənaye sektorunda birincidir. Çemezov isə onlara nəzarət edən şəxsdir.
Dzaybatsular Yaponiya imperiyasında iqtisadi və siyasi fəaliyyətin "ürəyi" olublar. Onların Yaponiyanın milli və xarici siyasəti üzrəində nəhəng təsiri olub və demək olar ki, bütün yapon siyasətçiləri dzaybatsu köklərinə malik idilər. Bir siyasi partiya Yaponiyanın imperator ordusu ilə sıx əlaqələrə malik Mitsui qrupunun genişləndirilməsi kimi nəzərdən keçirilir. Digər partiyanın Mitsubishi qrupu ilə əlaqəsi var; Mitsubishi Yaponiyanın imperator hərbi-dəniz donanması olub. İkinci Dünya Müharibəsi ərəfəsində dzaybatsuların dördlüyü Yaponiyanın dağ- mədən, kimya, metallurgiya sənayesinin 30 faizdən çoxu, maşın və avadanlıq bazarının, demək olar ki, 50 faizi, həmçinin, kommersiya fond birjasının 60 faizinə bilavasitə nəzarət edirdi.
Çemezov Putinin yaxın dostudur - o, Putinlə 1980 -1986 - cı illərdə Drezdendə - Almaniya Demokratik Respublikasında xidmət edib. Xarici kəşfiyyat sahəsində təcrübəsi osa da, Putinin yaxın əhatəsində əsas işi pivə almaq idi. O, həmçinin, rəqabəqabiliyyətli boksçu, idman atıcısı və oyun həvəskarıdır - bu ümumilikdə amansız Rusiya biznesi dünyasında, eləcə də silah ticarətində zəruri instinktdir.
Bu gün o, üç ulduzlu general, Putinin sadiq təbəəsi və statistdir.Moskva insayderləri onu Putinin ətrafındakı güc qruplaşmasına yaxın kimi qiymətləndirirlər. Lakin hələ də ayırd edə bilmirlər ki, o, İqor Seçinə - Nikolay Patruşevin qrupuna yaxındır yoxsa Sergey İvanovun (buna da ehtimal azdır).
Dövlət tənqidçiləri
Aydındır ki, prezident Medvedyevin rəhbərliyi altındakı "liberallar", Baş nazirin müavini və maliyyə naziri Aleksey Kudrin, iqtisadiyyat naziri Elvira Nabiullina qətiyyətlə Çemezovun mülkiyyəti ələ keçirməsinin əleyhinə çıxış edirlər. Kudrin "texniki müasirləşdirmə" və silah hazırlanması üçün kreditlər adı altında milyardlarla dolların Rusiya texnologiyalarına sərf edilməsi cəhdini tənqid edib. Kudrin başçılıq etdiyi nazirin Rusiya texnologiyalarını yoxlaya bilməyəcəyinə "ağlayırdı".
Nabiullina Çemezovla açıq qarşıdurmada bildirib ki, o "prinsip etibarilə" dövlətin kiçik biznesə sahib olmasının əleyhinədir və Rusiya texnologiyalarının KaMAZ-ı və AirUnion hava xətlərini ələ keçirilməsini tənqid edib. O, Antiinhisar Komitəsi ilə birlikdə Rusiya texnologiyalarının riskli şəkildə sərnişin aviadaşımaları və hava limanları xidmətləri, avtomobil istehsalı və hətta mətbuat kimi mülki sektorlara daxil olmasını açıq şəkildə tənqid edib.
Dünyanın silah və texnologiya nəhəngi
Çemezovun sürətlə qalxması Putinlə sıx bağlıdır və dövlət inhisarından maliyyə axınları üzərində nəzarət üçün istifadə arzusunu əks etdirir. Putin Çemezovu özü ilə Moskvaya gətirib ki, sonradan silah ticarəti biznesinə keçirilmiş məşhur Pavel Borodinin rəhbərlik etdiyi prezident administrasiyası mülkiyyətinin beynəlxalq bölünməsini idarə etsin.
Rusiya hökumətinin digər statistləri kimi, Çemezov da hesab edir ki, Rusiya biznesi yalnız kütləvi birləşdirmə yolu ilə dünya səviyyəsində rəqabətqabiliyyətli ola bilər. Lakin bunun yolu çox uzundur; son silah müqavilələrində aşağı keyfiyyət və hətta fırıldaq müşahidə olunur. Əlcəzairə satılan təyyarələr və Hindistana satılmış təyyarədaşıyan qarşılıqlı ittihamlara və hətta satılmış silahın geri qaytarılmasına səbəb olub.
Yəqin ki elə bu, Çemezovu Rusiya texnologiyalarının komleks yoxlanılmasının aparılması ilə əlaqədar, Hesabalama Palatasına (Hökumətin uçot bölməsinin Rusiya ekvivalenti) sorğu göndərməyə təhrik edib. Dünya Bankının bəzi tədqiqatları korrpusiyanın özəl sektora nisbətən dövlət sektorunda daha çox inkişaf imkanlarının olduğunu aşkar etsə də, Rusiya rəhbərləri bu məlumatlara diqqət yetirməməyə üstünlük verirlər.
Rusiya texnologiyaları üçün plan, FUDM rus abbreviaturası ilə məşhur olan federal unitar dövlət müəssisələri, həmçinin, qapalı səhmdar cəmiyyətlər (QSC) də daxil olmaqla, müxtəlif növ mülkiyyəti birləşdirməkdən ibarətdir. Çemezov bildirib ki, Rusiya texnologiyaları çərçivəsində 30 sənaye Holdinq Şirkəti yaradacaq.
Dövlət Rusiya texnologiyaları, çox ehtimal ki ,bu Holdinqləri idarə edəcək -- ən azı, AvtoVAZ avtomobil istehsalçısı, Domodedevo, Krasnoyarsk və Samaranın (Abramoviç qardaşları başçılıq edir - Romana heç bir aidiyyatı yoxdur) hava xətlərini özündə birləşdirən AirUnion; Mineralnıye Vodı aviaşirkəti, "Rusiya" dövlət aviasiya şirkəti; və "Sibir" Açıq Səhmdar Cəmiyyətləri (ASC) kimi fəaliyyətlərini davam etdirə bilərlər.
Rusiya texnologiyaları dünyada ən iri titan istehsalçısı olan və Boinqi təchiz edən VSMPO-Avisma; Oboronprom silah istehsalçısı; müdafiə sistemləri; yüksək texnologiyalar R,Russpetsstal-da - əsas polad istehsalçısında, sənaye üçün elektrik enerjisi tədarük edən Sənaye Energetika Şirkətində; Birləşmiş Gəmiqayırma Korporasiyası və çox sayda digər şirkətlərdə nəzarət və ya pay alır.
Komanda iqtisadiyyatına qayıdış
Rusiya iqtisadiçıları dərk edirlər ki, 400 müəssisə Holdinqi ilə kvazi-sovet modelinə qayıdış 21- ci əsr üçün səciyyəvi sənaye desentrelizasiyası və üfqi əlaqələrə qarşı gedir. Bu, biznesin inkişafı və əsas sənaye səlahiyyətinə zərər vurur və Rusiyanın ilk növbədə əldə etməyə çalışdığı dünya rəqabətqabiliyyətliliyini sarsıdır. Bu, İkinci Dünya Müharibəsinədək Qərb hərbi texnologiyaları ilə rəqabətə qarşı texnologiyalar istehsal edə bilməyən yapon dzaybatsularında alınmayıb və son nəticədə, bu heç bir yerdə, o cümlədən SSRİ - də də işləməyib.
Çemezovun düşüncələri Şərqi Almaniyanın 1980 - ci ildəki komanda sənaye iqtisadiyyatını xatırladır. Maliyyə Nazirliyi və Federal Antiinhisar Xidməti bu biznes-imperiyanı təmin edəcək "müdafiə" qalxanının qeyri-şəffaf olması və çox ehtimal ki, baş verəcək qanun pozuntularından dəhşətə gəlir. Buraya özəl yüksək texnoloji müəssisələrin məcburi milliləşdirilməsi daxildir. Bu müəssisələr Baş nazir Putinin təbirincə desək, Rusiyanı əlavə yüksək səviyyəli məhsul və 21-ci əsrin yüksək ödənişli iş yerləri ilə təmin etməlidir.
Müəllifin rəyi Trend İnformasiya Agentliyinin rəyi ilə üst-üstə düşməyə bilər.