...

Əcnəbi bankların Azərbaycana etibarı zəifləmir – Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend müxbir İ.Xəlilova/ Bir müddət əvvəl Fitch Ratings beynəlxalq Reytinq Agentliyi Azərbaycanın ən iri özəl banklarından biri - Unibank KB üzrə növbəti reytinqi açıqlayıb. Agentlik bankın uzunmüddətli reytinq proqnozunu "Sabit" təsdiqləyib.

Bir neçə illər ərzində Unibank aktivlərin, kredit portfelinin həcmi və digər əsas göstəricilər üzrə ölkənin bank sistemində sabit olaraq üçüncü yeri tutur.

Unibank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DEG Alman İnvestisiya Korporasiyasının simasında institusional investorların səhmdarları sırasına daxil olduğu birinci Azərbaycan bankı olub. Bundan əlavə, AYİB Unibank-ın törəmə şirkəti - Unileasing şirkətin səhmdarları sırasında daxil olub və şirkətin səhmlərinin 33 faizini əldə edib. Saziş AYİB-in Azərbaycanın lizinq bazarında birinci belə layihəsi olub.

Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov Trend -a müsahibəsində bankın cari fəaliyyəti və gələcək planları haqqında danışıb.

- Beynəlxalq reytinq agentliyi Fitch Unibank-ın reytinqini təsdiqləyib və reytinq üzrə proqnozu "sabit" kimi göstərib. Agentlik aktivlərin keyfiyyəti münasib saxlanılarsa, 2009-cu ildə bankın reytinqinin artacağını gözləyir. Bu nə dərəcədə mümkün olacaq?

- Artıq il yarımdır davam edən beynəlxalq maliyyə böhranını nəzərə almaqla, bankın reytinqinin təsdiqlənməsi müsbət amildir . Biz maliyyə dünyasında mənfi proseslərin, aparıcı bankların ABŞ - dakı domino effekti üzrə bütün dünya maliyyə sisteminə yayılmış ipoteka böhranı ilə bağlı nəhəng itkilərinin şahidiyik.

Bütün bu halları birləşdirərək və kapital bazarında asan olmayan iş şəraitini nəzərə alaraq, reytinqin təsdiqlənməsi Unibank-ın həm ölkədaxili, həm də kənarda bütün tərəfdaşlarına müsbət işarədir.

Bizim 2009 - cu ildə reytinqin artacağını mümkün hesab etməkyə ciddi əsaslarımız var. Bu, böyük dərəcədə institusional inkişaf üzrə planlarla, strateji məqsədlərə nail olunması və Unibank-ın balanslaşdırılmış artımı ilə bağlıdır.

- Unibank-a uzunmüddətli emitent defoltu reytinqi üzrə dəstək səviyyəsinin "dəstək səviyyəsi yoxdur" kimi verilməsi nə ilə bağlıdır? Bu, dövlət tərəfindən dəstəyin olmaması ilə bağlıdırmı?

- "Dəstək səviyyəsi" həm dövlət, həm də səhmdarlar tərəfdən dəstəyi nəzərdə tutur və reytinq agentliklərini ilk növbədə bu maraqlandırır. Bizim vəziyyətdə səhmlərin böyük hissəsi yerli səhmdarlara - fiziki şəxslərə məxsusdur. Səhmlərin 23,5 faizi isə institusional sərmayədarlar - AYİB və DEG-in sərəncamındadır.

Biz dəstək amili barədə danışarkən, ilk əvvəl, kapital səviyyəsinin dəstəklənməsini nəzərdə tuturuq. Axı məhz kapitallaşma səhmdarlar tərəfdən dəstəyin əsas amilidir. Tamamilə aydındır ki, dünyadakı iri maliyyə institutlarında olduğu kimi, bizim xarici səhmdarlarımızın bankların kapitalında şəxsi iştiraklarını dəstəkləmək imkanları çox yüksəkdir.

Strateji inkişaf planına əsasən, Unibank perspektivdə 2008 - ci ilin sonu, 2009 - cu ilin ortalarına kifayət kapitallaşma səviyyəsindədir. Bankın kapitalının gələcək artırılması məsələsinin bir neçə həlli var: mövcud səhmdarlar strukturu hesabına, yeni səhmdarların cəlb edilməsi hesabına və ya İPO-ya çıxış hesabına. Biz bütün mümkün variantları nəzərdən keçirir, müsbət və mənfiləri təhlil edirik. Lakin bir daha vurğulayıram ki, hazırda qarşımızda belə problem yoxdur.

Dövlət dəstəyinə gəldikdə isə, ondan, ilk növbədə, dövlət bankları istifadə edə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununda Azərbaycan Milli Bankının ölkə banklarına likvidlik dəstəyi göstərməsi nəzərdə tutulur. Müvafiq olaraq, Unibank- da müəyyən hallarda AMB-nin dəstəyinə ümid edə bilər. Lakin, indiyədək bizim işimizdə belə presedent olmayıb.

- Unibank 2008- ci ilin sonunadək Fitch-in xatırlatdığı beynəlxalq borcların əhəmiyyətli hissəsini (63 mln. manat) ödəməyə hazırdırmı və bu, bankın ümumi vəziyyətinə necə təsir göstərəcək?

- Bankın dəqiq təkrar maliyyələşdirmə və cəlb edilmiş vəsaitlərin qaytarılması planı var. Hazırki gündə biz bütün öhdəliklərimizi yerinə yetiririk. Bank hər gün bütün kreditorları ilə iş aparır və bu güman etməyə əsasə verir ki, bizi heç bir xoşagəlməz sürpriz gözləmir.

Hazırda xaricdən cəlb edilən borclarımızın ümumi həcmi 225 mln. manat təşkil edir, ilin sonunadək isə, biz bu portfelin 340 mln. manatadək artacağını gözləyirik. Cəlb edilən vəsaitlər özəl sektorun keyfiyyətli maliyyələşdirilməsi və istehlak (ipoteka, avtomobil və s.) kreditləşməsinə yönəldilir.

Bank müəyyən rəqəmli göstəricilərə çatmaq üzrə qarşısına təkəbbürlü planlar qoyub. Lakin, biz sağlam balansın xeyrinə onlara yenidən baxmaq hüququnu özümüzdə saxlayırıq. Bizim üçün yüksək rəqəmlər məqsədin özü demək deyil.

Aktivlər, kredit portfeli və digər göstəricilər üzrə rəqəmli göstəricilərə nail olmaq yalnız iki şərtə riayət edildiyi halda mümkündür - sağlam balans strukturu və risklərin balanslaşdırılması. Biz, bir qədər mühafizəkarlıq tərəfə meylliliklə, daha ölçülmüş artım siyasətini üstün tuturuq.

- Sizin fikrinizcə, dünya maliyyə böhranı Azərbaycanın maliyyə sisteminə nə dərəcədə təsir edəcək və bu zərbəni yumşaltmaq üçün hansı addımları atmaq zəruridir?

- Əhalidə qorxu üçün xüsusi səbəblər olmamalıdır. Azərbaycana təsir göstərən maliyyə böhranı effekti - maliyyəyə çıxışın məhdudlaşdırılmasıdır: xarici investorlar inkişaf edən ölkələrdə borc alanlara daha ehtiyatla yanaşmağa başlayıblar. İkincisi, fondlaşdırma ciddi surətdə bahalaşıb və borcların müddəti baxımdan daha mühafizəkar olub. Lakin təcrübəmizə istinadən deyə bilərəm ki, biz mövcud müqavilələrin uzadılması və cəlb edilən vəsaitlərin qaytarılması problemləri ilə qarşılaşmamışıq.

Bununla yanaşı, biz, ölkədə aktiv kreditor olaraq, qəti şəkildə yüksək qiymətlər üzrə borclar etmək istəmirik. Belə ki, bu halda müvafiq olaraq son borcgötürən üçün kreditlər üzrə dərəcəni də qaldırmağa məcbur olacağıq.

Belə vəziyyətdən iki çıxış var: ya baha borc götürmək və öz marjanı azaldaraq kreditlər satmaq, ya da borcların həcmini azaltmaq və müvafiq olaraq az kredit vermək. Hər iki variant tamamilə münasibdir.

Sirr deyil ki, bu gün Azərbaycanın əksər bankları ciddi şəkildə kreditləşmə dərəcələrini artırıblar. Bu bir tərəfdən maliyyə böhranının, digər tərəfdən isə daxili maliyyələşdirmə mənbələrinin azalması və bahalaşmasının nəticəsidir. Depozitlər üzrə dərəcələrin qaldırılması buna sübut olub.

Hazırda Unibank-ın kreditlər üzrə dərəcələri 18-24 faiz, depozitlər üzrə isə - 13-15 faiz civarında dəyişir. Bununla yanaşı, dollar əmanətləri üzrə maksimal dərəcə 18,7 faizdir.

Ümid edirəm ki, fondlaşdırma şərtlərinin sərtləşdirilməsi dünya maliyyə böhranının Azərbaycana əsas və yeganə təsiri olacaq. Bunun ölkə iqtisadiyyatına əhəmiyyətli təsir etməsi üçün, ölkə bankları hazırki gündə xaricdən belə borc həcminə malik deyillər. Bankın ölçülmüş kredit siyasəti, girov əmlakına mühafizəkar yanaşması varsa və bununla yanaşı o sabit inkişaf edən bazar şəraitində işləyirsə - xüsusi narahatlıq üçün səbəb yoxdur.

Xarici borclar zamanı əsas elementlər cəlb edilmiş vəsaitlər və yerləşdirmə arasında vaxt aralığından qaçmaq və yalnız girovun deyil, borc götürənin fəaliyyətinin də, onun ödəməqabiliyyətliliyinin də mühafizəkar qiymətləndirilməsidir.

Bizim bankımız xarici sərmayədarlar üçün daha maraqlı tərəfdaşlardan biridir və bununla əlaqədar, müxətlif əcnəbi bank və fonddan bir neçə təklifimiz var. Biz onlarla işləyir və ən yaxşı şərtləri seçirik. Lakin hazırki anda bizdə vəsaitlərə "qaynar" tələbat yoxdur. Hazırki şəraitdə ali prioritet balanslaşdırılmış artım və bankın risklərinin idarə edilməsidir.

- Bütün bu proseslər Unibank-ın cari ilin sonunadək təxirə salınmış avrobondlar buraxmaq üzrə planlarına necə təsir göstərir?

- Avrobondların buraxılması layihəsi yüksək hazırlıq dərəcəsindədir. Layihə üzrə bütün sənədləşdirmə artıq hazırlanıb və bank ötən ilin oktyabr-noyabrındn layihəyə start verməyə hazır idi. Lakin, bazarlardakı vəziyyəti qiymətləndirərəcək, biz layihənin başlaması müddətini təxirə salmaq qərarına gəldik və zaman göstərir ki, bu, düzgün qərar olub. Biz bazarda yalnız Azərbaycanın emitentlərini deyil, ümumilikdə MDB və Şərqi Avropa üzrə bütün sazişləri müşahidə edir və anlayırıq ki, bu şəraitdə avrobondların buraxılması çox ehtimal ki uğurlu olmazdı.

- Unibank-ın səhmdarları sırasında iki portfel sərmayədarı - AYİB və DEG var. Adətən,portfel sərmayədarlar səhmdarlıqdan çıxma müddəti barədə qabaqcadan şərtləşirlər. AYİB və DEG Unibank-ın kapitalındakı paylarını satmağı planlaşdırırmı və sizin bankın institusional inkişafını gücləndirmək planlarınız məhz bu dəyişikliklərlə nə dərəcədə bağlıdır?

- Aqressiv inkişaf və biznesin artırılması üzrə təkəbbürlü maliyyə göstəricilərinin əldə edilməsi güclü, yaxşı hazırlanmış institusional platforma olmadan həyata keçirilə bilməz. Ötən il biz ABŞ və Almaniyadan həm qərb bazarları, həm də MDB-nin iri banklarında iş təcrübəsinə malik iki əcnəbi mütəxəssis dəvət etdik. Bu mütəxəssislər risk-menecmentin möhkəmləndirilməsi, riteyl-biznesin inkişafı və filialların idarə edilməsinə görə cavabdehdirlər.

Əcnəbi səhmdarların Unibank-ın səhmdarları sırasından çıxmasına gəldikdə isə, AYİB, DEG və digər bu kimi institusional bankların Nizamnaməsində səhmdarlıqdan erkən və ya gec çıxış müddəti qeyd edilib. Düşünürəm, bu bizim vəziyyətdə də istisna deyil. Biz bu banklar üçün növbəti layihələrdən biriyik və gec və ya tez onlar Unibank-ın səhmdarları sırasından çıxacaqlar. Bundan əlavə, bağlanmış müqavilələrə müvafiq olaraq, 2008 - ci ildən etibarən, AYİB və DEG-də bu hüquq yaranır. Beləliklə, potensial olaraq bu institutların səhm paketləri strateji investorlara satıla və ya mövcud səhmdarlar tərəfindən alına bilər.

- Bu gün AYİB və DEG-in səhmdarlıqdan çıxmaq barədə qərarı varmı və Sizin rəyinizcə, onların iştirak payları hansı potensial sərmayədarlara satıla bilər?

- Bu illər ərzində Unibank-ın nailiyyətləri müəyyən dərəcədə AYİB və DEG ilə əməkdaşlıqla bağlıdır. Hazırki gündə bir sıra əcnəbi banklar Azərbaycana müəyyən maraq göstərirlər: nümayəndəliklər açılır və əcnəbi bankların filiallarının açılması məsələləri nəzərdən keçirilir.

Azərbaycan maraqlı bazardır, ölkədə həm neft satışından, həm də iqtisadiyyatın müxtəlif sektorlarına yatırılan sərmayələr hesabına çoxmilyonluq vəsaitlər daxil olur və bu əcnəbi banklarda təbii maraq doğurur.

Əcnəbi strateji sərmayədarlar həm bizimlə, həm də bir çox digər banklarla artıq dəfələrlə belə görüşlər keçiriblər. Lakin bu danışıqların hansısa sazişlərin imzalanmasına gətirməli olduğu mütləq deyil.

Biz bankın sahiblərinin dəyişdirilməsinin zərurilik və aktuallığını nəzərdən keçirmirik. Lakin bununla yanaşı, AYİB - də, DEG - də imzalanmış sazişlər çərçivəsində, səhmdarlar tərkibindəki paylarını əcnəbi strateji sərmayədarlara satmaq hüququna malikdirlər. Hazırki anda bu məsələ üzrə heç bir konkret saziş yoxdur, lakin belə sazişlər yaranarsa, bu, tamamilə təbii prosesdir.

- Hansısa digər səhmdarlar bankın kapitalındakı paylarını satmağı planlaşdırırlarmı? Və bu baş verərsə, belə dəyişikliklər Unibank-ın İdarə Heyəti və Müşahidə Şurasının tərkibinə necə təsir göstərəcək?

- Biz AYİB və DEG-in, mümkündür ki, bir sıra digər minoritar səhmdarların səhm paketlərini satmalarının mümkünlüyünü istisna etmirik. Bu onların hüququdur və biz bu hüquqa hörmət edirik. Hazırda səhmdarların tərkibində ciddi dəyişikliklər üzrə razılaşma və ya planlar yoxdur. Birmənalı olaraq deyə bilərəm ki, yaxın perspektivdə - 2008 -2009 - cu illərdə - Bankın Müşahidə Şurası və İdarə Heyətində ali rəhbərliyin dəyişdirilməsi nəzərdə tutulmur.

- Və sonda bilmək istərdik ki, Unibank yaxın perspektivdə hansı vəzifələri həll etməyi planlaşdırır?

- 2008 -2009 - cu illərdə Bankın əsas vəzifəsi ölkə bazarında iştirakın fəal şəkildə artırılması, yeni filialların açılması və yeni satış kanallarının yaradılmasıdır. Beləliklə, ilin sonunadək bankın filiallarının sayı 30 - a çatacaq. Bu gün bizim 55 bankomatımız işləyir və ilin sonunadək daha 20 ATM istifadəyə verməyi planlaşdırırıq. Hər iki göstərici üzrə bank ölkə bazarında lider mövqeyindədir.

Bizim üçün daha aktual olan məsələlərdən biri də kadrların inkişafı məsələsidir. Bizim personala qarşı irəli sürdüyümüz tələblər kifayət qədər yüksəkdir və təəssüf ki, boş yerlərə namizədlər o qədər də tez-tez bu meyarlara uyğun olurlar. Bununla əlaqədar, 2008-ci ilin əvvəlindən yeni Unitraining layihəsinə başlamışıq. Unitraining bankın daxilində ayrıca struktur vahididir. Ali təhsil müəssisələrinin gənc məzun-kadrları onun bazasında təcrübə və təlim keçir, mövcud personal ixtisasını artırır. Bundan əlavə, bankda attestasiya və ixtisas imtahanları sistemi hazırlanıb. Sözsüz ki, yalnız düzgün seçilmiş və öyrədilmiş personal hesabına, qarşıya qoyulan vəzifələrə çatmaq mümkündür. Belə ki, son nəticədə istənilən müəssisənin "lövhəsi"nin arxasında onun əməkdaşları dayanır. Məhz onların birgə işi şirkəti uğura gətirir.

Unibank - Azərbaycanda ikinci ən iri özəl bankdır. Birinci rübün sonunda ölkənin bank sistemi aktivlərinin altı faizi və pərakəndə depozitlərin beş faizi onun payına düşüb. Bank avtomobil və ipoteka kreditləşməsi bazarında liderlik edir. Bankın səhmdarları arasında - Avropa Yenidənqurma və İnkişaf Bankı və Deutsche Investitions- Und Entwicklungsgesellschaft var və onlar müvafiq olaraq, 15,2 faiz və 8,3 faiz səhmə malikdirlər.

The Banker jurnalında nəşr olunmuş 2005-ci il yanvar tarixli məlumatlara əsasən, Unibank MDB və Şərqi Avropada ən sürətlə artan 50 bankın siyahısında lider-bankların onluğuna daxil olan yeganə Azərbaycan bankı olub. O zaman bank doqquzuncu yeri tutub. Unibank, həmçinin, AYİB-in əməliyyat apardığı ölkələrdə ən sürətlə artan 50 bankın siyahısına daxil olub.

Euromoney jurnalı Unibankı iki dəfə - 2005 və 2007-ci illərdə "Azərbaycanda ən yaxşı bank" kimi təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti