...

TBC Kredit 2008-ci ilin birinci yarımilinin nəticələrini yekunlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust/ Trend / TBC Kredit (əvvəllər SOA Kredit) Azərbaycan bazarında 8 ildən (2000-ci ildən) artıqdır ki, uğurlu fəaliyyət göstərən qeyri-bank kredit təşkilatıdır. TBC Kredit Azərbaycan bazarındakı uğurlu fəaliyyətini Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAİD) maliyyələşdirdiyi kiçik və orta sahibkarlığın inkişafı proqramı çərçivəsində başlayıb. Təşkilat 2000-ci ilin fevralında Azərbaycan Respublikası Milli Bankından lisenziya alıb.

2007-ci ilin sonunadək TBC Kredit-in yeganə təsisçisi ShoreBank Corporation, ABŞ beynəlxalq şirkətlər qrupuna daxil olan ShoreBank International Ltd şirkəti olub. 2007-ci ilin dekabrında şirkətin 75%-nin Gürcüstanın aparıcı bankı TBC Bank tərəfindən əlavə 7 mln. 200 min ABŞ dollari sərmayə qoyulması vasitəsilə alınması barədə razılıq əldə edilib. Nəticədə, təşkilatın Nizamnamə kapitalının məbləği hal-hazırda 9 mln. 600 min ABŞ dollari təşkil edir.

2008-ci ilin birinci yarısının fəaliyyət nəticələrinə əsasən, təşkilat böyük nailiyyətlər əldə edib. Bu ilin yanvar-iyulunda ümumi məbləği 10 mln. manatdan artıq kredit verilib və 2008-ci il  avqustun 1-nə təşkilatın kredit portfleli 16 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin sonuna olan anoloji göstəricidən, demək olar ki, 100% çoxdur. 

Şirkətin belə əhəmiyyətli göstəricilərə nail olması, kredit məhsulları spektrinin genişləndirilməsi, fəal marketinq və Amerikanın Konsaltinq şirkətləri Senteo tərəfindən hazırlanmış konsepsiya çərçivəsində tərtib edilmiş yeni servis mərkəzlərinin açılması sahəsində mümkün olub..

Bir sıra müntəzəm addımlar şirkətə yeni müştəri seqmenti cəlb etməyə və bununla da müştəri bazasını 150%-dək  artıraraq Azərbaycan bazarında müəyyən mövqe əldə etməyə imkan verib.

Yüksək artım tempi və servis mərkəzləri şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq, TBC Kredit öz müştərilərinə göstərilən xidmətin keyfiyyətini və operativliyini təmin etmək üçün daim yeni ixtisaslı əməkdaşlar cəlb edir. Təşkilat ilin əvvəlindən bu günədək öz işçi heyətini təxminən 3 dəfə artırıb. 28 may küçəsində yerləşəcək əsas servis mərkəzinin açılması ilə əlaqədar olaraq fəal surətdə yeni heyətin hazırlığı aparılır.

TBC Kredit gələcəkdə də öz servis mərkəzləri şəbəkəsini genişləndirmək niyyətindədir. Strateji inkişaf planına əsasən, şirkət növbəti 5 il ərzində Bakı, Sumqayıt və Azərbaycanın digər regionlarında təxminən 15 filialın açılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti