...

Azərbaycanda icazə sisteminin sadələşdirilməsi xərcləri 1/3 dəfə azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanda lisenziyalaşdırma sisteminin (icazə) sadələşdirilməsi xərcləri üçdəbir dəfə azaltmağa imkan verəcək,- BMK-nın Baç icraçı direktoru, Dünya Bankının özəl sektor üzrə icraçı vitse-prezidenti Lars Tunnel bildirib.

"Lakin icazə sisteminin təkmilləşdirilməsi nəzarətin aradan qaldırılması deyil, lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsi deməkdir və il ərzində bu prosedurlar tamamilə dəyişdiriləcək", - Tunnel hesab edir.

BMK bəzi inzibati prosedurların sadələşdirilməsi və sahibkarlıq fəaliyyətin başlaması üçün əsas tənzimləyici maneələrin aradan qaldırılmasında islahatlara dəstək göstərməyə hazırdır. Korporasiya xüsusilə də, qanunvericiliyin (təkmilləşdirildikdən sonra), tənzimləyici lisenziyalaşdırma sistemi tətbiqində və icazələrin verilməsində hökumətə yardım göstərəcək.

İqtisadi inkişaf naziri Heydər Babayev hesab edir ki, bu məsələ kompleks şəkildə nəzərdən keçirilməlidir - lisenziyanın dəyəri, icazələrin verilmə müddətindən lisenziyalaşdırılmış fəaliyyət növlərinədək. Onun rəyinə görə, qabaqcıl ölkələrdə müddətsiz lisenziyalaşdırma təcrübəsindən istifadə edilir. Bu gün Azərbaycanda bir, iki, üç və beş il müddətli icazə tətbiq edilir. BMK-nın nümayəndələri beş illik lisenziyaları yaxşı təcrübə hesab edirlər. 2008 -ci ilin martında qüvvəyə minən "Sığorta haqqında" Qanunla ilk dəfə olaraq sığorta fəaliyyətinə qarşı müddətsiz lisenziyalaşdırma tətbiq edilib.

Lisenziyanın alınması üçün ödəniş şkalası fəaliyyət növündən asılı olaraq dəyişir. Nazirin sözlərinə görə, telekommunikasiya kimi mənfəətli fəaliyyət növləri üzrə ödəniş yüksək olacaq. Hazırda İqtisadi İnkişaf Nazirliyi müvafiq iqtisadi idarələrlə iş aparır və tədbirləri BMK ilə razılaşdırmaq niyyətindədir.

Təcili icazələrin verilməsi mümkün olan sahələrin ayrılması üzrə də iş aparılır.

Azərbaycan prezidenti İlham Əliyevin "Xüsusi icazə (lisenziya) tələb edən kommersiya fəaliyyəti növləri haqqında" 2006 -cı il 29 dekabr tarixli fərmanı ilə rüsumun ölçüsü və lisenziya verən təşkilatın siyahısı dəqiqləşdirlib. Siyahıya 50-dən çox kommersiya fəaliyyəti daxil edilib. Əvvəllər siyahı 37 növ, ona qədər isə - 204 növdən ibarət olub. Ötən il siyahıya daha bir fəaliyyət növü - qızıldan olan məmumlatların satışından hazırlanmasınadək olan fəaliyyət növü daxil edilib.

Lisenziya almaq üçün dövlət rüsumun ölçüsü fəaliyyət növündən asılı olaraq fərqlənsə də, 220 manatdan 25 min manatadək dəyişir.

İcazə sisteminin təkmilləşdirilməsi üzrə iş 2008 -2013-cü illərdə sahibkarlığın inkişafı Dövlət Proqramı çərçivəsində tədbirlər planına daxil edilib. [Dövlət Proqramının layihəsi ölkə prezidenti Aparatının təsdiqinə verilib].

Hökumət tikinti şirkətlərinin qeydiyyatı sistemini sadələşdirməyə, "vahid pəncərə", vergi sistemini təkmilləşdirməyə, xarici ticarəti liberallaşdırmağa hazırlaşır. Babayevin rəyinə görə, bütün bu tədbirlər BMK-nın Dünya Bankı ilə birgə hesabatı Doing Business üzrə Azərbaycanın reytinqini əhəmiyyətli dərəcədə artıracaq.

Avqustun 20-nə olan cari məzənnə -- 0,81381 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti