...

Azərbaycan potensial qızıl istehsalçısı və ixracatçısıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2008 13:31 (UTC +04:00)
Azərbaycan potensial qızıl istehsalçısı və ixracatçısıdır

Azərbaycan, Bakı, 19 sentyabr / Trend / İlin əvvəlində qızılın dünya qiymətlərinin rekord göstəriciyə çataraq, üç vahidinin $900 unsiya olması, 2000-ci ildən 2008-ci ilədək isə üç dəfə bahalaşması, bu növ metalın istehsalçısı və ixracatçısı kimi Azərbaycan üçün çox əlverişlidir. Ölkə bu il qızıl yataqlarını Amerikanın R.V. Investment Group Services LLS şirkəti ilə birgə işləməyə başlayır.

İlkin ehtiyatları 400 ton qızıl, 2500 ton gümüş, 1,5 mln. mis olan doqquz qızıl yatağının işlənməsi nəzərdə tutulur. Ölkədə qızıl hasilatının həcmi yaxın perspektivdə ildə bir ton təşkil edə bilər.

Sarı metalın hasılatı üzrə müqavilələrdə xarici mütəxəssislərin iştirakı, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, ölkənin qızıl yataqlarının işlənilməsində təcrübəsi yoxdur.

Qızıl hasilatı üzrə Production Sharing Agreement tipli saziş "Azərqızıl" DM ("Azərqızıl" ləğv edilib, onun funksiyaları Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə verilib) və R.V. Investment Group Services LLS arasında hələ 1997-ci il avqustun 21-də imzalanıb. Müqaviləyə əsasən, 51 faiz iştirak payı Azərbaycan tərəfinin, 49 faiz isə Amerika şirkətinin payına düşür. 2005-ci ilədək saziş üzrə işlər dondurulub. Bu yataqların işlənilməsi üzrə işlərin həyata keçirilməsi üçün "Azerbaijan International Mining Company" əməliyyat şirkəti yaradılıb.

Azərbaycanın yataqlarının sənaye təyinatlı ehtiyatları əsasən dağınıq şəkildədir. Dağınıq yataqların istismarı iqtisadi və texnoloji baxımdan kifayət qədər perspektivli hesab edilir. Dağınıq şəkildə olan qızılın hasil edilməsi iri yataqlarda həyata keçirilən mədən hasilatından bir qədər üstündür: parçalanma itkilərinə, zənginləşdirmə və texnoloji proseslərin işlənməsinə yol vermədən yüksək əyarlı qızıl əldə etmək olar. Bu halda elektrik enerjisinə qənaət də nəzərçarpacaq qədər böyük olur. Dağınıq şəkildə olan qızılın hasilatı partlayış işləri aparılmaması səbəbindən daha təhlükəsizdir.

Qızılı hasilatı həcmi yüksək olan ölkələr

Ölkələr

Faiz payı

ABŞ

13,0

CAR

18,5

Avstraliya

11,6

Rusiya

7,0

Özbəkistan

4,9

İndoneziya

4,2

Qazaxıstan

4,0

Kanada

3,0

Çin

2,8

Braziliya

1,9

Peru

0,5

Digərləri

39,5

İşlər yaxşı gedəcəyi təqdirdə, artıq növbəti ilin birinci rübündə Azərbaycan qızılının dünya bazarlarına ixracına başlamaq olar. Dünyada qiymətli metallar neft və ya kartof kimi adi mal hesab edilir. Onlar arasında yeganə fərq vahidin çəkisinin qiymətindədir. Qızılın qiymətinin bəzən aşağı düşməsinə baxmayaraq, sarı metalın hər il bahalaşmasını nəzərə alsaq, Azərbaycan çox yaşı qazanc götürə bilər.

Ekspertləri proqnozlarına əsasən, 2009-cu ilin əvvəlində qızılın növbəti dəfə bahalaşması gözlənilir. Bankirlər hesab edirlər ki, qızıl bzarında qiymət artımı bütün 2009-cu il ərzində müşahidə edilməklə, orta qiyməti $1050/unsiya təşkil edəcək.

Heç şübhəsiz ki, Azərbaycan bu sahədə əksər inkişaf etmiş ölkələrin rəqabəti ilə qarşılaşacaq. Hazırda bazarda CAR (dünya bazarının 17-20 faizi), ABŞ (13-15 faiz), qızıl hasilatını genişləndiriən və yaxın vaxtlarda əsas istehsalçılar Peru və Özbəkistana çata biləcək Kanada, Çin və İndoneziya kimi iri qızıl istehsalçıları var.  

Leyla Abdullayeva, Trend Analitik Mərkəzinin eksperti

Xəbər lenti

Xəbər lenti