...

Bakıda qanunsuz fəaliyyət göstərən aptek yoxdur - səhiyyə nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , mübir C.Babayeva/ "Bu gün Bakıda qanunsuz fəaliyyət göstərən aptek yoxdur", - çərşənbə axşamı Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

"Dərman ləvazimatları üzərində nəzarət bizim üçün (Səhiyyə Nazirliyi) bir nömrəli məsələdir", - o deyib.

Onun sözlərinə görə, cari ilin martından dərman ləvazimatlarının dövlət qeydiyyatı qaydaları haqqında qanun qüvvəyə mindikdən sonra, Azərbaycan bazarına qanunsuz dərmanlar gətirilmir.

Yeni qaydalar qüvvəyə minənədək, Azərbaycanda olan dərman ləvazimatlarının 80 faizi qeydiyyatsız olub.

Yalnız 2008-ci ilin birinci rübündə 1,1 min aptek yenidən yoxlanılıb ki, nəticədə 1 minə yaxın vaxtı ötmüş dərman müsadirə edilib. 

Hazırda Azərbaycan Səhiyyə Nazirliyi 3 mindən çox dərman ləvazimatını qeydə alıb.

Xəbər lenti

Xəbər lenti