Azərbaycan, Bakı, 02 oktyabr/ Trend / 2008 - ci ilin yanvar - sentyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5984,991 mln. AZN təşkil edib, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 191,81% üstələyir, Birjanın cümə axşamı yayılan məlumatında bildirilir. Bu əməliyyatların 96,94% -i dövlət qiymətli kağızlarının payına düşür.
Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Azalma, əsasən, korporativ qiymətli kağızlar sektorında və Notların ilkin bazarında müşahidə edilib. Belə ki, səhmlərin ilkin bazarında həcmin azalması 23,01%, təkrar bazar sektorunda isə 98,83% təşkil edib. Notların yerləşdirmə bazarında həcmin azalması 5,59% təşkil edib. Ən böyük artım repo əməliyyatları sektorunda və Maliyyə Nazirliyinin emitenti kimi çıxış etdiyi dövlət qısamüddətli istiqrazları və Azərbaycan Milli Bankının notlarının (DQİ) təkrar bazarında müşahidə edilib.
Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl
(yanvar-sentyabr, 2008)
Bazarın seqmentləri | 2008 (30.09.08) | 2007 (30.00.07) | Faiz nisbəti |
DQİ (AR MN) - (yerləşdirmə) | 230,493,274.24 | 160,419,725.38 | 143.68% |
DQİ (AR MN) - (təkrar bazar) | 36,785,932.44 | 15,752,457.56 | 233.53% |
Notlar (AR MB) - (yerləşdirmə) | 1,204,646,066.20 | 1,275,979,446.78 | 94.41% |
Notlar (AR MB) - (təkrar bazar) | 390,217,272.82 | 167,667,682.16 | 232.73% |
Repo əməliyyatlar | 3,939,669,983.28 | 1,238,163,210.40 | 318.19% |
Cəmi DQK bazarı | 5,801,812,528.98 | 2,857,982,522.28 | 203.00% |
Korporativ istiqrazlar - (yerləşdirmə) | 32,320,946.50 | 23,725,470.25 | 136.23% |
Korporativ istiqrazlar - (təkrar bazar) | 14,728,762.43 | 7,125,215.29 | 206.71% |
Səhmlər - (yerləşdirmə) | 135,479,442.27 | 175,964,223.80 | 76.99% |
Səhmlər - (təkrar bazar) | 649,968.60 | 55,450,796.23 | 1.17% |
Cəmi KQK bazarı | 183,179,119.80 | 262,265,705.57 | 69.84% |
CƏMİ | 5,984,991,648.78 | 3,120,248,227.85 | 191.81% |