...

Ticarətin dayandırılması göstərişi olmasaydı, Rusiya səhmlərinin kotirovkaları bərpa oluna bilərdi - analitik

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend ,müxbir A.Bədəlova/ Amerika birjalarında səhmlərin qiymətdən düşməsinin ardınca bazar ertəsi 20 faiz düşən Rusiyanın fond bazarı mənfi nəticələr göstərib. Bu gün səhər səhmlərin növbəti dəfə qiymətdən düşməsi nəticəsində RTS və MBVB - də ticarət yenidən dayandırılıb.

"AntantaPioqlobal" sərmayə qrupu analitik idarəsinin direktor müavini Aleksandr Potavinin rəyinə görə, belə böhranlı vaxtlarda Rusiyanın Maliyyə Bazarları üzrə Federal Xidmətinin (MBFX) müdaxiləsi lazımdır.

"Təəssüf ki, hazırda Rusiya birjalarında səhmlərin kotirovkalarını fundamental, ya da spekulyativ amillər deyil, qorxu psixologiyası hərəkət etdirir", - Potavin çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Onun rəyinə görə, MBFX-nin ticarətin dayandırılması haqqında göstərişi olmasaydı, o zaman gündüz Rusiya səhmlərinin kotirovkalarının bərpasını görmək mümkün olardı.

"İstisna etmirəm ki, gələcəkdə də bizim bazar fond tənzimləyicisinin müdaxiləsinə məruz qalacaq", - analitik bildirib.

Onun sözlərinə görə, bu birjalarda emosional gərginliyi azaltmağa və sərmayədarların itkilərini minimuma endirməyə imkan verəcək. Dünən MBVB - nin indeksi 18,66 faiz - 752 bəndədək, RTS - in indeksi 19,1 faiz - 866,39 bəndədək azalıb.

Amerika birjalarında göstəricilər belə olub: DowJones IA-nın indeksi 3,58 faiz - 9955,5 bəndədək düşüb. Nasdaq indeksinin itkiləri daha çox olub - 4,34 faiz, NYSE - nin indeksi - 4,71 faiz.

Avropa və Asiya bazarlarındakı vəziyyət də pisdir. Yaponiyanın Nikkei indeksi 2,56 faiz - 10204,98 bəndədək, Çinin CSİ 300 indeksi - 0,02 faiz, Shanghai SE A indeksi isə - 1,08 faiz azalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti