Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbirlər A.Bədəlova, İ.Xəlilova/ Bu həftə Bakıda Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun Finlandiyanın İxracın Təşviqi Assosiasiyası ilə birgə təşkil edəcəyi Azərbaycan - Finlandiya biznes - forumu keçiriləcək. 2008 - ci ilin yanvar - iyulunda Azərbaycan və Finlandiya arasınada mal dövriyyəsi təqribən $120 mln. təşkil edib.
Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayuryunen (Paavo Vayrynen) ilə Trend -ın müsahibəsi onun oktyabrın 8 - də Bakıya səfəri ərəfəsində baş tutub.
- Sizin ölkə biznesmenləri üçün Azərbaycan iqtisadiyyatının hansı sahələri daha çox maraq kəsb edir və azərbaycanlı sahibkarlar ilə hansı əməkdaşlıq perspektivlərini görürsünüz?
- Finlandiya Azərbaycanı maraqlandıra biləcək təcrübəyə malikdir, məsələn, kommunikasya, məntiq, səhiyyə, yanacaq və qaz - elekrik stansiyalarında enerjinin səmərəli istifadəsi, alternativ enerji və ətraf mühitin təmizlənməsi üzrə texnologiyalar sahəsində. Bizim Azərbaycana səfərimizin əsas məqsədlərindən biri Azərbaycan iqtisadiyyatı və sənayesini yaxşı öyrənmək, müəssisələr arasında əlaqələr qurmaqdan ibarətdir.
- Azərbaycan və Finlandiya arasında maliyyə və bank sahələrində əməkdaşlğın genişləndirilməsi perspektivlərini necə görürsünüz?
- Bu günədək bank və ya maliyyə sahələrində əməkdaşlıq, sözün əsl mənasında, cüzi və hətta demək olar ki, heç olmayıb. Bu mənadə, əlbəttə , bizim əməkdaşlığın genişləndirilməsi üçün hər bir imkanımız var. Biz, maliyyə də daxil olmaqla, istənilən sektorda hansı formada dərin əməkdaşlığa ehtiyacın yaranacağını ciddi anlamalıyıq. Biz təkliflərə hazırıq və spesifik sektorlarda əməkdaşlıq təklif etməkdən çəkinmirik. Çünki biz əməkdaşlığın bu sektor və bizim ümumi münasibətlərimiz üçün faydalı olduğu görürük.
- Sizin Bakıya səfər proqramınız nəyi nəzərdə tutur və Finlandiya Azərbaycan sahibkarlarına investisiya üçün hansı layihələr təklif edə bilər?
- Mənim Azərbaycana səfər proqramım biznes-ideyaların mübadiləsi və mövcud münasibətlərin möhkəmləndirilməsi üzrə fin şirkətləri və Azərbaycanın işgüzar cəmiyyəti üçün imkanların nzərdən keçirilməsini nəzərdə tutur. Mən Azərbaycan şirkətlərini, onların Finlandiyaya sərmayə məntəqəsi kimi baxmasına və Finlandiyaya sərmayə yatırmağın faydasını dərk etməyə həvəsləndirmək istərdim.
Finlanlandiya iqtisadiyyatı dünyada daha açıq olan iqtisadiyyatlardan biridir. Təhsildə və "Araşdırma və hazırlama" layihəsində (R& D) sərmayələrin yüksək səviyyədə olması bizim ölkənin özəl sektorunu yeni texnologiyaların qəbulu və innovasiya mədəniyyətinin irəliləməsi məsələlərində ön plana çəkib. Bunlar Azərbaycan şirkətlərinə birgə layihələr və əməkdaşlıqdan fayda gətirə bilər.
Oktyabrın 8 - də keçiriləcək biznes - seminar Azərbaycan -Finlndiya münasibətlərində, xüsusilə də ticarət və sərmayələrin yatırlması sahələrində irəliləyiş üçün görülən işlərə misaldır.
- Hazırda iki ölkə arasında iqtisadi əlaqələr lazımi səvaiyyədə deyil. İqtisadi əməkdaşlıq yolunda hansı maneələr var və onun genişləndirilməsi üçün hansı tədbirlər görmək lazımdır?
- Çox təssəüf ki, siz burada haqlısınız. Ölkələrimiz arasında münasibətlər yaxşıdır, şübhəsiz, ticarət də daxil olmaqla, iqtisadi münasibətlərdə böyük göstəricilərin əldə edilməsinə də imkan var. İkiqat vergitutma və kapital yatırımının mühafizəsi üzrə saziş də daxil olmaqla, iqtisadi münasibətlər baxımından daha mühüm müqavilələr imzalanıb və təsdiq edilib. Məntiq sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün gələcəkdə imkanları yaxşılaşdıracaq və hazırlıq prosesində olan bir neçə müqavıiə var.
Coğrafi məsafə və ola bilsin ki, maneələrin aradan qaldırılmasında mübadilə təcrübəsinin çatışmazlığı istisna olmaqla, münasibətlərimizin inkişafı üçün elə də böyük maneələr yoxdur.
Bizə yalnız cəsart , bir-birimiz və iqtisadiyyatlarımız haqqında daha çox bilmək lazımdır. Mən bunun tendensiyanı dəyişəcəyinə əminəm. Bu,bizim səfərimiz və biznes - seminarın əsas məqsədlərindən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - C