Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir N.İsmayılova/ "Dünya likvidlik defisiti ilə şərtlənən problemlər Azərbaycan banklarının akitvlərinə mənfi təsir göstərməyib", - Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov MDB-yə üzv dövlətlərin cümə günü Bakıda keçirilən "Birlik ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya" beynəlxalq bank konfransında bildirib.
İlin əvvəlindən Azərbaycan banklarının kredit portfeli 42 faiz artıb.
"Bununla yanaşı, AMB-nin qabaqlayıcı tədbirləri nəticəsində, kredit aktivliyi dinamikasının bir qədər sabitləşməsi müşahidə olunur ki, bu da əvvəldən aşağı kredit bazası ilə qızğın artım dövründən balanslaşdırılmış artım dövrünə keçidlə şərtlənib", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, depozit bazarında da gərginlik müşahidə olunmur. Əhalinin əmanətləri illik ifadədə 50 faiz artmaqda davam edir və bu, bank sisteminə etibara aşkar nümunədir. Bank sektorunun gəlirliliyi yüksək səviyyədədir ki, bu da rəqabəqabiliyyətliliyi və sistemin gələcək kapitallaşma imkanlarını dəstəkləyir. Bank sisteminin həm mikro, həm də makrosəviyyədə fəaliyyət göstərməsinin iqtisadi şərtləri ümumilikdə əlverişlidir.
"Bizim vəzifəmiz bütün mümkün vəziyyətlərin tənzimlənməsi üçün normativ bazanın təkmilləşdirilməsindən ibarətdir, - Rüstəmov bildirib. - Ümumilikdə həm yeni maliyyə nizamının formalaşması prosesində, həm də mərkəzi bankların funksiyalarında köklü dəyişikliklər göz önündədir. Mərkəzi bankların statusu maliyyə sistemində həm tənzimləyici, həm də bazar iştirakçısı rolunda birbaşa iştirak xarakteri alır".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]