...

Bank Standard əməkdaşlarının ştatını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın ən iri özəl bankı Bank Standard Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təşkil olunan yarmarkada iştirak edəcək, - bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir. Yarmarka noyabrın 20-21-də Əl Oyunları Sarayında keçiriləcək.

Yarmarka zamanı Bank Standard risk-menecment, maliyyə analizi, klirinq, müştəri xidmətləri, habelə digər sahələr üzrə 20-dən artıq vakant yerə namizədlər barədə məlumat toplayacaq. Bununla yanaşı, bank yarmarkada açılışı 2009-cu ilin ortalarına planlaşdırılmış yeni filiallar üçün işçi kadrlar toplamaq niyyətindədir.

Bank Standard həm maliyyə sektorunda kifayət qədər təcrübəsi olan peşəkarlar, həm də kadr seçimi üzrə xüsusi testlərdə özünü göstərə bilmiş gənc kadrların cəlb edilməsində maraqlıdır.

"Yarmarka Bank Standard-ın 2009-2010 - cu illərə müəyyən olunmuş və filial şəbəkəsinin genişləndirilməsi ilə sıx bağlı olan hədəfləri kontekstində xüsusi əhəmiyyət kəsb edir", - bankın HR-meneceri Cəmilə Qasımova bildirib.

2008 - ci il oktyabrın 1-nə Bank Standard-ın əməkdaşlarının sayı 410 nəfər təşkil edib. Onların 32 faizi işə cari il ərzində qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti