Azərbaycan, Bakı, 11 dekabr/ Trend / Azərbaycanın Bank Standard bankının GəncKart - xüsusi yığım kart sahiblərindən biri avtomobil qazanacaq, - bankın cümə axşamı yayılan məlumatında bildirilir.
Bu lotereyada hesabdakı qalıq, kart üzrə əməliyyatların sayı və digər amillərdən asılı olmayaraq, "GəncKart" sahibləri bərabər şans əldə edəcəklər. Lotereya "bir kart = bir şans" prinsipi üzrə keçirilir.
Adı çəkilən avtomobil üçün bəxtlərini sınamaq istəyənlər hələ də bu lotereyaya qatıla bilərlər. Şərtlərə görə, lotereyada 2008-ci il dekabrın 15-dək emissiya edilmiş bütün "GəncKart" sahibləri lotereyada iştirak edəcəklər.
"GəncKart" əldə etmək istəyənlərin yaşı 18 - 35 arası olmalıdır. "GəncKart"ın illik xidmət haqqı kart hesabı üçün müştərinin seçdiyi valyutadan asılı olaraq, 10 manat ya da 10 ABŞ dolları təşkil edir. Kart sahibinin hesaba qoyduğu ilkin məbləğ 200 manat şərti vahiddən çoxdursa, o, adı çəkilən xidmət haqqını ödəməkdən azad edilir.
"GəncKart" özündə həm ödəmə, həm də yığım alətlərinin xüsusiyyətlərini birləşdirən unikal bank məhsuludur. Bu kart sahibinə əlavə gəlir zəmanəti verir. "GəncKart"ın gündəlik hesab qalığına illik 10% hesabı ilə faiz gəliri əlavə edilir;
Zərifliyi ilə diqqəti cəlb edən 2008-ci il modeli "Folksvagen-Cetta" artıq Azərbaycan prospekti,4 ünvanında yerləşən "Bank Standard" baş ofisi binasının önündənümayiş olunur.
Dekabrın 11-nə olan cari mübadilə məzənnəsi -- 0,8068 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]