...

Xəzərdə fəlakətlə üzləşmiş gəminin ekipaj üzvləri özlərini yaxşı hiss edirlər – gəmi kapitanı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 15:04 (UTC +04:00)
Xəzərdə fəlakətlə üzləşmiş gəminin ekipaj üzvləri özlərini yaxşı hiss edirlər – gəmi kapitanı

Azərbaycan, Bakı, 17 dekabr/ , müxbir S.Əliyev/ "Xəzərin Azərbaycan sektorunda qəzaya uğrayan "Samrat -1" quru yük gəmisinin ekipaj üzvləri özlərini yaxşı hiss edirlər. Qəza zamanı zərərçəkən yoxdur", - deyə çərşənbə günü gəminin kapitanı Vasili Laqutin bildirib.

Gəminin ekipajı Bakıda Rusiya səfirliyinin nümayəndələri ilə görüşüb.

"Hazırda rumpel bölməsindən su çıxarılır, bundan sonra gəmiyə baxış keçiriləcək və ziyan qiymətləndiriləcək. Daha sonra quru yük daşıyan gəmi təmir olunacaq", - deyə Laqutin bildirib. Gəmi kapitanının sözlərinə görə, gəmidəki, yüklərə heç bir ziyan dəyməyib.

Hazırda Azərbaycan tərəfi ekipaj üzvlərinə lazımi yardım göstərir və gəminin təmiri üçün bütün şərait yaradılıb.

"Kapitan və ekipaj üzvlərinin bütün hərəkətləri adekvat və yaranmış qəza vəziyyətinə müvafiq olub. Azərbaycan mütəxəssisləri gəminin təmirinə tam yardım göstərəcəklər", - deyə Azərbaycan Dövlət Dəniz Administarsiyası rəhbərinin müavini Namiq Ağamaliyev bildirib.

Çərşənbə axşamı bildiriblər ki, Rusiyanın "Samrat-1" quru yük gəmisi Bakıya gəlib.

Quru yük gəmisi metal məhsulları və taxta-şalban məhsulları (1750 ton) yükü ilə Həştərxan(Rusiya) - Ənzəli (İran) reysi ilə hərəkət edib. Tufan nəticəsində gəmidə sükan mexanizmi sıradan çıxıb.

Gəminin göyərtəsində 11 ekipaj üzvü olub.

Müəlliflə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti