...

Bank Respublika Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend /

Müştəri xidməti şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq, Mingəçevir və Şəkidə Azərbaycanın Bank Respublika bankının yeni filialları fəaliyyətə başlayıb, - bankın cümə axşamı yayılan məlumatında deyilir.

Mingəçevirdə Bank Respublika-nın filialı H.Əliyev pr. 28A ünvanında, Şəkidə isə M.Ə.Rəsulzadə küç. 180 ünvanında fəaliyyət göstərir.

Filiallar fiziki və hüquqi şəxslərə geniş bank xidmətləri spektrini - hesablaşma -kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, mobil rabitə ödənişi və digər müxtəlif xidmətləri təklif edir.

Filialların sayının artırılması Bank Respublika üçün prioritet məsələlərdən biridir. Azərbaycanın müxtəlif regionlarında bank xidmətlərinə artan tələbatı nəzərə alaraq, Bank Respublika regional xidmət şəbəkəsinin genişləndirilməsinə xüsusilə önəm verir. Hazırda Bank Respublika - nın 32 filial və şöbəsi fəaliyyətdədir. İki yeni filialın açılışı ilə bankın regional filiallarının sayı 17 - ə çatıb.

Bank Respublika ölkənin aparıcı banklarından biri olmaqla yanaşı, müştəri xidməti şəbəkəsinin və Azərbaycanın regionların əhatə dairəsinə görə də əsas banklardandır. Bu il ərzində Bank Respublika filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır və yeni filialların açılışı ilə bağlı müxtəlif regionlarda işlər aparılır.

Bank Respublika-nın filial və şöbələri müştərilərə, nahar fasiləsi olmadan, həftənin 6 günü xidmət göstərir.

Bakıda müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyətdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti