...

Azərbaycan bankı müştəri sayını artırmaq məqsədilə tarifləri endirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir N.İsmayılova /

Qlobal iqtisadi böhranla əlaqədar olaraq və dünya maliyyə bazarında itkilərini nəzərə alaraq Azərbaycan bankı ASBank müştəri sayını artırmaq məqsədilə malik olduğu maliyyə resursları hesabına tarifləri endirib. Bu barədə bankın idarə heyətinin sədri Əhməd Yeman "Banklar və Biznes" jurnalına müsahibəsində bildirib.

"Bizim məqsədimiz işgüzar fəallıq azaldığı dövrdə əhali və sahibkar subyektlərin xərclərinin azaldılması və bununla yanaşı müştərilərin düzgün məlumatlandırılmasını təmin etməklə, əməkdaşların ixtisaslaşdırılması və operativliyinin qaldırılması yolu ilə bazarın fasiləsiz inkişafını təmin etməkdir", - deyə Yeman bildirib.

Onun sözlərinə görə, məhz bununla ən yaxşı xidmət üçün şərait yaranır və bu, öz növbəsində müştəri sayının gündəlik artımına gətirib çıxarır.

Bank müştərilərinin ümumi partfeli 51,1 faiz artaraq 13 232-ə çatıb.

"Neft, qida, xüsusilə də kənd təsərrüfatı sektorunda, tikinti, nəqliyyat, həmçinin kiçik və orta sahibkarlıq sahələrində xidmət göstərilən hüquqi şəxslərin sayı nəzərəçarpacaq dərəcədə artıb", - deyə Yeman bildirib.

Yanvarın birinci yarısına bankın aktivləri 78,03 mln. manat, kredit portfeli 39,4 mln. manat, depozit portfeli 40,57 mln. manat təşkil edib. Bu dövr ərzində bankın məcmu kapitalı 16,14 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Ötən il ərzində bank tərəfindən səkkiz bankomat və 160 POS-terminal quraşdırılıb, 6275-dən artıq plastik kart verilib.

Aprelin 18-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti