...

Azərbaycanda saxlanılan Rusiya gəmisinin üzərindən həbs götürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 13:40 (UTC +04:00)
Azərbaycanda saxlanılan Rusiya gəmisinin üzərindən həbs götürülüb

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.İsmayılov /

"Bir müddət əvvəl Xəzər Dəniz Neft Donanması (XDND) tərəfindən Azərbaycan sahilləri yaxınlığında xilas edilmiş Rusiyanın quru yük gəmisi "Sarmat-1"dən həbs qaldırılıb və gəmi Bakı limanını tərk edib", - bazar ertəsi Azərbaycan Dövlət Dəniz Administrasiyası başçısının müavini Namiq Ağamalıyev deyib.

"Sarmat-1" gəmisi 2008-ci ilin sonunda, Bakıdan 30 mil uzaqlıqda batmaq təhlükəsi yaşayıb, XDND tərəfindən xilas edilib və Bakıya yedəklənib. Gəmi xilasetmə üçün ödənilməli olan maliyyə məsələlərini həll etdikdən sonra sərbəst buraxılıb",- Adminsitrasiyadan deyilib.

Bir müddət əvvəl gəmi yükü ilə birlikdə həbs edilmişdi. Gəmi metal məhsulları və taxta-şalban yükü ilə (1655,2 ton) Həştərxan (Rusiya) - Ənzəli (İran) reysi ilə hərəkət edirdi.

Həbs isə gəmi sahibi 1989-cu il Beynəlxalq Konvensiyasına əsasən xilasetmə işlərinə görə xərcləri ödəməkdən imtina etdiyi üçün qoyulmuşdu. Məsələnin həlli üçün XDND Beynəlxalq Arbitraj, yunan nümayəndəliyi "Hill Dickinson"a müraciət edib.

"Sarmat-1"dəki qəzanın səbəbi gəminin idarəetmə bölməsindəki texniki nasazlıq olub. Bakıda aparılan təmir zamanı həmçinin qəza zamanı gəmiyə dəyən başqa zədələr də aradan qaldırılıb.

"Sarmat-1" gəmisinin batmaq təhlükəsi yaşaması haqda məlumat dekabrın 15-də, xilasetmə işlərinin Həştərxanda yerləşən koordinasiya mərkəzindən daxil olub. Dəniz-çay tipli "Sarmat-1" quru yük gəmisi 1986-cı ildə tikilib. Qəzada zərərçəkən olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti