...

Azərbaycan ərəb dövlətlərinin dəniz gəmiçilik idarələrinin müşavirəsində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2009 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

Azərbaycan Dövlət Dəniz Administrasiyası 18-20 may tarixlərində İskəndəriyyədə (Misir) Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyasının idarə heyətinin 13-cü müşavirəsində iştirak edəcək. Bu barədə Dəniz Administrasiyasının cümə günü yayılan məlumatında bildirilir.

Müşavirədə Federasiyanın fəaliyyəti, dəniz nəqliyyatının inkişafı məsələləri müzakirə olunacaq.

Azərbaycan müşavirədə Dövlət Dəniz Administrasiyası rəhbərinin müavini Namiq Ağamalıyevin başçılıq etdiyi nümayəndə heyətilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti