...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 15:28 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi sabit qalıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8036 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

18 may

0,8037

25 may

0,8036

19 may

0,8037

26 may

0,8036

20 may

0,8037

27 may

0,8036

21 may

0,8036

28 may

0,8036

22 may                                                  

0,8036 

29 may                                                  

0,8036 

Həftə ərzində orta 

0,80366

Həftə ərzində orta

0,8036

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0014 bənd (0,14 faiz) bahalaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80302 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 25 may sövdələşmə 0,8033 AZN/USD məzənnəsi ilə $0,1 mln., 26 may 0,8033 AZN/USD məzənnə ilə $0,45 mln., 27 və 28 mayda sövdələşmələr olmayıb, ona görə də kurs sabit olaraq 0,8033 AZN/USD səviyyəsində qalıb, mayın 29-da - 0,8019 AZN/USD məzənnəsi ilə $17,1 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi 

18 may

0,8027

25 may

0,8033

19 may

0,8031

26 may

0,8033

20 may

0,8033

27 may

0,8033

21 may

0,8033

28 may

0,8033

22 may                                                  

0,8033

29 may                                                  

0,8019

Həftə ərzində orta 

0,80314

Həftə ərzində orta

0,80302

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti iki manat artıb. Onların alış qiyməti 10, satış qiyməti 11 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti