...

Azərbaycan bankı Birlik Bankı-nın aktivləri keçən il təxminən 40 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Birlik Bankı-nın aktivləri keçən il 37 faiz artaraq yanvarda 39,99 min manat təşkil edib. Bu barədə V.M.G Audit Konsalting şirkətinin audit nəticələrinə əsasən məlumat verilib.

2007-ci ildə qeydə alınmış 17,7 min manatlıq göstəricinin əksinə olaraq, bankın kredit portfeli 2008-ci ilin nəticələrinə görə 28,9 min manat təşkil edib.

Ötən il bankın xalis gəliri 3,5 min manat olub. Birlik Bank 2007-ci ili 1,1 min manat ziyanla başa vurub. 

Bankın ümumi kapitalı 17,6 min manat həcmindədir. 2007-ci ildəki göstəricidə isə bu rəqəm 8,1 min manat olub.

Ötən ilin nəticələrinə əsasən, bankın istiqrazları 22,4 min manat təşkil edir.

Birlik Bank 1993-cü ildə yaradılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının və Bakı Banklararası Valyuta Birjasının üzvüdür.

İyulun 01-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti