...

Azərbaycanda "donuz qripi"nə yoluxma faktı aşkarlanmayıb – Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 19:14 (UTC +04:00)
Azərbaycanda "donuz qripi"nə yoluxma faktı aşkarlanmayıb – Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda "donuz qripi"nə (A H1N1 virusu) yoluxma faktı aşkarlanmayıb. Bu barədə bazar ertəsi Azərbaycanın Səhiyyə Nazirliyi məlumat verib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, iyulun 4-nə olan göstəriciyə görə, dünyada 90,06 min yoluxma faktının olduğu təsdiqlənib. Bu barədə nazirlikdən bildirilib.

382 yoluxma ölümlə nəticələnib. O cümlədən 170 belə hal Meksikada, 170-i ABŞ-da, 26-sı Kanadada, 117-si Argentinada, 14-ü Çilidə, 9-u Avstraliyada, 3-ü Birləşmiş Krallıqda, 3-ü Tailandda, Kosta-Rika, Dominikan Respublikası və Qvatemalada isə 2 ölüm faktı qeydə alınıb.

A H1N1 virusunun əsas simpromları bunlardır: yüksək temperatur, öskürək, boğaz ağrısı, zökəm, bədəndə ağrılar, başağrısı, üşütmə və halsızlıq. Virusa yoluxmuş insanların böyük əksəriyyətində həm də diareya və ürəkbulanma qeydə alınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti