...

Azərbaycan-İran sığorta şirkətinin səhmdarları İdarə Heyətinin buraxılması məsələsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Ü.İsmaylova /

2008-ci ilin fevralında ləğv edilmiş "Azer-Asia" Azərbaycan-İran sığorta şirkətinin səhmdarları şirkətin İdarə Heyətinin buraxılması və Təsviyyə komissiyasının yaradılması məqsədi ilə növbəti dəfə iclas təşkil edir. Bu barədə rəsmi mətbuat xəbər verir. Səhmdarların iclası iyulun 30-na planlaşdırılıb.

Şirkətin ləğv olunduğu vaxtdan praktiki olaraq yarım il keçməsinə baxmayaraqi, "Azer-Asia" səmdarları hələ də Təsviyyə komissiyası yaratmayıblar. Bu barədə əvvəlcə şirkətin İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev bildirib.

Suvanverdiyevin sözlərinə görə, komissiyanın yaradılmasındakı ləngiməyə İran tərəfinin sığorta şirkətinin fəaliyyətinin dayandırılması ilə razılaşmaması səbəb olub. Azərbaycanlı təsisçi iyunun 9-da keçirilən sonuncu iclas zamanı şirkətin ləğv edilməsini istədiyini bəyan edib, İran tərəfi isə növbəti dəfə bu qərardan imtina edib.

Mənbənin sözlərinə əsasən, İran səfirliyi Azəbaycanın Maliyyə Nazirliyinə məktub göndərib. Məktubda göstərilib ki, İran yalnız şirkətin fəaliyyətinin bərpa edilməsi üzrə rəsmi imtina aldıqdan sonra bu qərarla razılaşacaq.

Azərbaycanın Maliyyə Nazirliyi "Azer-Asia" birgə sığorta şirkətinin sığorta fəaliyyəti üzrə 2002-ci ilin noyabrın 22-də verilmiş lisenziyanın müddətinin uzadılmasından imtina edib. Şirkətin fəaliyyətinin uzadılmasından imtina edilməsinin səbəbi kimi 2006-ci ilin oktyabr ayının 1-dən 2007-ci ilin oktyabrın 1-dək olan dövrdə sığorta qanunvericiliyi və lisenziya tələblərinə müvafiq olaraq onun fəaliyyətinin təhlilinin nəticələri olub. Yoxlama zamanı pozuntu halları müşahidə edilib.  

Bu qərarın elan olunmasından sonra şirkət müqavilənin şərtlərini dəyişmədən öz portfelini BE&G şirkətinə verib. Bu zaman şirkətin 17 min fiziki və 60-dək korporativ müştərisi olub.

İranın "Asiya Sığorta" şirkəti (49 faiz) və "Azərsığorta" dövlət sığorta ticarət şirkətinin (51 faiz) təsisçisi olduğu "Azer-Asia" birgə sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1997-ci ildən etibarən fəaliyyət göstərib.

İyulun 10-a olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti