...

Azərbaycan təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Tacikistana maliyyə yardımı göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2009 18:49 (UTC +04:00)
Azərbaycan təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Tacikistana maliyyə yardımı göstərib

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Hökuməti bu ilin yazında baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmişlərə kömək məqsədi ilə Tacikistana 100 min dollar məbləğində maliyyə yardımı göstərib. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın Nazirlər Kabinetindən bildirilib. 

"Yardım Tacikistan tərəfinin rəsmi müraciəti əsasında verilib və Tacikistandakı təxirəsalınmaz vəziyyəti nəzərə alaraq hökumət ehtiyat fonddan 100 min dollar yardım ayırıb", - hökumətdən deyilib.

Adətən bu tip məsələlər MDB çərçivəsində müzakirə edilir və MDB dövlət başçıları iclasında qərarlar qəbul edilir ki, buna da çox vaxt sərf edilərdi.

2009-cu ili aprel-may aylarında Tacikistanda yağıntının miqdarının çox olması sel axınları, torpaq sürüşməsi, dolu və çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Respublikanın 40-dan çox rayonu təbii fəlakətlə üzləşib.

CA-NEWS (TJ ) yazır ki, Tacikistanın Fövqəladə Hallar və Vətəndaş Müdafiəsi Komitəsinin məlumatına görə, fəlakət nəticəsində təxminən 2,5 min yaşayış evi dağılıb. Onların 20 faizinin bərpası mümkün deyil. Tacikistan hökumətinin məlumatına görə, xalq təssərrüfatına dəyən ziyanın ümumi məbləği 100 milyon dollardan çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvnı: [email protected]

Xəbər lenti

Xəbər lenti