...

Azərbaycan-Türkiyə sığorta şirkətinin haqları il ərzində təxminən 20% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü.İsmayılova /  

Azərbaycan-Türkiyə birgə sığorta şirkəti Başak İnam birinci yarıilin yekunlarına əsasən 1,3 milyon manat haqq yığıb. Bu barədə bazar ertəsi şirkətin idarəetmə heyətinin sədri Orxan Hüseynov bildirib.

"Şirkətin ödəmələri bu dövr ərzində 1,8 milyon manat təşkil edib", - deyə Hüseynov bildirib.

Hüseynovun sözlərinə əsasən, haqqların azalması tibbi sığorta üzrə azalma, hətta ondan imtina edilməsi nəticəsində azalıb. Bi isə ötən il şirkətin zəzərinə səbəb olub.

2008-ci ilin birinci yarımilinin yekunlarına əsasən, şirkət 550 min manat məbləğində tibbi sığorta haqqında müqavilə imzalayıb. Bu ilin birinci yarımilinin yekinlarına əsasən, şirkət sığortanın bu növü üzrə 140 min manat məbləğində müqavilə imzalayıb.  

"Bu tədbirlər ödəmələrin həcminin azaldılması məqsədilə anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir", - deyə Hüseynov bildirib.

İdarəetmə heyətinin sədri bildirib ki, hazırda şirkət əsasən yanğından sığorta, KASKO, bədbəxt hadisə və digər xidmətləri həyata keçirir. 

İlin sonuna kimi proqnozlar haqında danışan Hüseynov bildirib ki, əhəmiyyətli dərəcədə artım gözlənilmir və şirkət göstəriciləri ötən ildəki səviyyədə saxlamağa çalışır. 

2008-ci ilin yekunlarına əsasən, Başak İnam 1,58 milyon manat haqq yığıb, şikətin ödənişləri 0,89 milyon manat təşkil edir. 

Başak İnam şirkətinin səhmdarları 49 faiz səhmə sahib olan Türkiyənin Başak şirkətinin təsisçisinin 60 faiz səmlərini əldə edən Fransanın Groupama şirkətidir, Azərbaycan tərəfinin şirkətdə iştirak payı 51 faizdir.

Başak-İnam sığorta şirkəti 1996- cı ildən fəaliyyət göstərir, sığortanın 31 növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti