Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 sentyabr - bilik günü ərəfəsində iki və daha çox məktəb yaşlı əlil uşaqlı ailələrə hər bir uşaq üçün 20 manat məbləğində maliyyə yardımı ayıracaq. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Məktəbli əlillərə birdəfəlik yardım 10-12 sentyabrda veriləcək.
Maliyyə yardımı 1415 ailədən olan 3065 məktəbli əlilə veriləcək. Onlardan 1209 ailədə iki, 179 ailədə üç, 27 ailədə dörd və beş məktəbli əlil yaşayır.
Belə tədbirlər uğurlu təhsilin stimullaşdırılması məqsədi ilə görülür. Bu tədbirlər həmçinin məhdud imkanlı uşaqların dövlət müdafiəsinin aşkar göstəricisidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]