...

Bakıda ilkin mənzillərin qiymətində cüzi artım qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2009 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Avqustda Bakının ilkin mənzil bazarında 1 kvadrat metrin qiyməti 0,4 faiz artraq 944 dollar olub. İyul ayında bu göstərici 948 dollar olub, cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

"Qiymətlərin artması əsasən, ucuz mənzillərdə müşahidə edilib", - birlikdən məlumat verilib.

Qiymətlərin atrmasının başlıca səbəbi əksər yeni tikililərdə inşaatın başa çatması ilə bağlı olub. Payız fəslinin gəlişi də qiymətlərin artmasına təsir edib.

Yasamal rayonunda qiymətlər - 2,6, Nərimanovda - 1,8 faiz, Nizami rayonunda isə 1 faiz artıb. Səbail rayonunda qiymətlər - 7 faiz, Suraxanı rayonunda - 6,6 faiz, Binəqədi rayonunda - 2,8 faiz, Nəsimi rayonunda - 0,1 faiz enib. Digər rayonlarda qiymətlər dəyişməz qalıb.

İlkin bazarda mənzillərin orta sahəsi 0,1 faiz azalaraq 121,8 kvadrat metr oilub. Yaşayış binalarında orta blok göstəricisi 4,3 faiz artaraq 2,45 blok olub. Ötən ayla müqayisədə orta mərtəbə göstəricisi 0,6 faiz artaraq 14,9 mərtəbə olub.

Keçən ay 476 binanın inşası davam edib, iyulda bu göstərici 488 bina olub. Tikinti şirkətlərinin sayı isə avqustda 172, iyulda isə 177 olub.

Binaların əksəriyyəti Yasamal rayonunda inşa edilir. İkinci və üçüncü yerləri isə Xətai və Nəsimi rayonları tutur. Üç rayon birlikdə ilkin mənzil bazarı portfelinin 64,9 faizini təşkil edir.

Sentyabrın 18-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti