...

Yanvar-avqust aylarında Azərbaycan üzərindən 4 milyon tondan artıq yük daşınıb - Dövlət Gömrük Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2009 11:14 (UTC +04:00)
DGK-nin məlumatına görə, yanvar-avqust aylarında nəqliyyat vasitələri ilə 27,49 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,91 faiz azdır, şənbə günü komitədən deyilib. Bu dövr ərzində ixrac edilən yüklərin həcmi 22,58 milyon ton, idxal edilən yüklərin həcmi isə 4,91 milyon ton təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycan üzərindən 4 milyon tondan artıq yük daşınıb - Dövlət Gömrük Komitəsi

Azərbaycan, Bakı, 19 sentyabr / Trend /

DGK-nin məlumatına görə, yanvar-avqust aylarında nəqliyyat vasitələri ilə 27,49 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,91 faiz azdır, şənbə günü komitədən deyilib. Bu dövr ərzində ixrac edilən yüklərin həcmi 22,58 milyon ton, idxal edilən yüklərin həcmi isə 4,91 milyon ton təşkil edib.

Bu dövr ərzində dəniz nəqliyyatı ilə 181,1 min ton, dəmir yolu ilə - 2,07 milyon ton, avtomobillə - 289,2 min ton, hava nəqliyyatı ilə - 1,6 milyon ton, borukəməri ilə - 18,43 milyon ton yük ixrac edilib. Dəniz nəqliyyatı ilə - 214,4 min ton, dəmir yolu ilə - 3,69 milyon ton, avtomobil nəqliyyatı ilə - 974,5 min ton, hava nəqliyyatı ilə - 14,7 min ton yük idxal olunub.

7 ay ərzində Azərbaycan ərazisindən 4,2 milyon ton yük tranzit edilib ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 4,7 faiz və ya 187,6 min ton azdır.

Azərbaycandan İsveçrəyə 1,4 milyon ton, Bermud adalarına - 698,2 min ton, İtaliyaya - 903,8 min ton, Gürcüstana - 372,7 min ton, Türkmənistana - 238,9 min ton, Tacikistana - 194,8 min ton, Rusiyaya - 80,1 min ton, Türkiyəyə - 70,8 min ton, İrana - 133,7 min ton yük nəql edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti