Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir A.Bədəlova /
"Böyük iyirmiliyin" Pitsbuqrda baş tutacaq qarşıdakı sammiti böyük uğurlar vəd etmir, beynəlxalq analitiklər belə hesab edirlər. "Bu dəfə G20 sammiti ümidsizcəsinə uduzacaq", - Trend -a elektron poçtla professor, Amerikanın World Marketing şirkətinin prezidenti Cin Eldric (Gene Aldridge) bildirib.
Sentyabrın 24-25-də Pitsbuqrda keçiriləcək G20 sammiti "böyük iyirmiliyin" sayca üçüncü sammiti olacaq. Sammitdə müzakirələrin əsas məsələləri gözlənildiyi kimi, bank tənzimləməsi islahatları, qlobal maliyyə institutlarının yenidən təşkili, həmçinin hazırkı iqtisadi vəziyyətin və böhran əleyhinə stimulların tətbiqindən imtina edilməsinin səmərəliliyinin qiymətləndirilməsi məsələləri olacaq.
Bununla yanaşı, sammit iştirakçısı olan ölkələr görüş ərəfəsində onların fikrincə saamitdə baxılmalı olan təkliflərlə çıxış edib. Belə ki, Böyük Britaniyanın Baş naziri Qordon Braun bəyan edib ki, Böyük Britaniya qarşıdakı sammitdə dünyada iqtisadi artımın və məşğulluğun artımının stimullaşdırılması üzrə qlobal kompaktın bağlanılması təklifi ilə çıxış edəcək. Hindistanın Baş naziri Manmohan Sinqx da öz növbəsində "iyiymilik" ölkələrinin liderlərini sammitdə proteksionizm ilə mübarizəyə dair addım atmağa çağırıb.
Sammitdə həmçinin ötən həftə bu ölkələrin liderləri tərəfindən növbədənkənar sammitdə işlənib hazırlanan qlobal maliyyə böhranının aradan qaldırılması üzrə Aİ ölkələrinin vahid mövqeyinin təqdim olunması planlaşdırır.
Eldricin fikrincə, "böyük iyirmilik" ölkələrində məntiqilik mövcud deyil. Onun sözlərinə əsasən, sammitdə banklara nəzarəti kəskinləşdirəcək hər hansı bir tədbirin qəbul edilməsindən çəkinmək lazımdır.
Dünyada hələ də qeyri-stabillik mövcuddur və bu gün Elridcin fikrincə, yeni iqtisadi nizam-intizamın yaradılması üzrə uzunmüddətli təklif işlənib hazırlanmalıdır.
Eldric ABŞ-ın səylərinə, xüsusilə Prezident Barak Obamanın böhranın nəticələrinin aradan qaldırılması üçün hər hansı bir addım atacağına skeptik yanaşır.
Onun sözlərinə əsasən, ABŞ bütün dünyada disbalansın aradan qaldırılması üzrə yeni mexanizmin yaradılmasına ümid edir.
"Təəssüf ki, onlar azad bazar iqtisadiyyatında heç nə anlamırlar. Əvvəla, ABŞ iqtisadi böhranın yaranması üçün Nyu-York və London sərmayəçilərinin istifadə etdiyi kapital yaradılmasında pul yığılmasının yüksək normaları ilə ölkələri ittiham edir. İkincisi, ABŞ istəyir ki, G20 ölkələri necə olmasından asılı olmayaraq, bu yeni mexanizmlə bağlı razılığa gəlsinlər", - Eldric deyib.
Eldricin fikrincə, bu gün əsas məsələlərdən biri "böyük iyrimilik" ölkələrinin kasıb xalqların əlavə xarici maliyyələşməsini təmin edə bilib-bilməyəcəkləridir.
"Beynəlxalq Valyuta Fonduna əsasən, kasıb xalqlar təxminən 55 milyard dollar məbləğində xarici maliyyələşməyə möhtac olacaqlar. BVF-nin bildirdiyinə görə, fond bu maliyyələşmənin təxminən üçdə birini təmin edə bilər. Məsələ indi ondan ibarətdir ki, G20 ölkələri lazımi əlavə xarici maliyyələşməni təmin edə biləcəklərmi, yoxsa, öz daxili iqtisadi ehtiyacları qarşısında əyiləcəklər?", - Eldric deyib.
Britaniyanın iqtisadi araşdırmallar üzrə aparıcı konsaltinq şirkətlərindən birinin - Capital Economics-in analitiki Kevin Qrays (Kevin Grice) da hesab edir ki, "böyük iyrimilik" sammiti çoxlu sürprizlər gətirməyəcək.
"Biz artıq bilirik ki, əsas diqqət balansın qlobal bərpası məsələlərinə, eləcə də, maliyyə sektorunun islahatına və "böyük iyrimilik" nazirlərinin və mərkəzi bankların bu ayda daha əvvəl keçirilən görüşündə baxılmış stimullaşdırıcı tədbirlərin davam etdirlməsinin məqsədəuyğunluğuna cəmləşdiriləcək", - Britaniya şirkətinin analitiklərinin məruzəsində deyilir.
Qraysın fikrincə, iqtisadi bərpanın zəifliyini nəzərə alaraq, "böyük iyrimilik" ölkələri liderləri hələki antiböhran tədbirlərindən imtinada ehtiyatlı olacaqlar. Onun sözlərinə görə, tədbirlər bankların onun vasitəsilə yaxşı vaxtlara böyük vəsait yığmalı olduğu dövri element də daxil olmaqla, bank kapitalının keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılmasına hesablanıb.
Qraysın fikrincə, "böyük iyrimiliy"in Maliyyə Sabitliyi Şurası tərəfindən Pitsburqda sammitdə nə isə spesifik təklif ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]