...

Azərbaycanın Sığortaçıları Assosiasiyasının rəhbəri dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Sığortaçılar Assosiasiyasının (ASA) yeni sədri cümə axşamı Atəşgah sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev seçilib. O, bu vəzifədə MBASK şirkətinin başçısı olan Cəmil Məlikovu əvəz edib.

Azərbaycanın Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir (MBASK, Standard Insurance, Beynəlxalq Sığorta şirkəti, Azersigorta, Ateshgah). Müşahidə Şurasının hər beş üzvündən biri nizamnaməyə əsasən, ardıcıl olaraq bir il müddətinə Assosiasiyaya sədrlik edir.

Azərbaycanın Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Onların hər biri ASA-nın üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti