...

Noyabrda işçi qrup İranda "Şimal-Cənub" dəmiryolu layihəsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2009 10:55 (UTC +04:00)
"Şimal-Cənub" dəmiryolu xətti layihəsinin reallaşdırılması çərçivəsində, Azərbaycan, İran və Rusiya işçi qruplarının növbəti görüşünün noyabrın 3-4-də keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib.
Noyabrda işçi qrup İranda "Şimal-Cənub" dəmiryolu layihəsini müzakirə edəcək

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir E.İsmayılov/

Şimal-Cənub" dəmiryolu xətti layihəsinin reallaşdırılması çərçivəsində, Azərbaycan, İran və Rusiya işçi qruplarının növbəti görüşünün noyabrın 3-4-də keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib.

O deyib ki, "Şimal-Cənub" dəmiryolu xətti layihəsinin reallaşdırılması çərçivəsində işçi qrupların növbəti görüşünün keçirilməsi planlaşdırılır. Gürüş noyabrın 3-4-də Tehranda keçiriləcək.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Rusiya, Azərbaycan və İran vasitəsilə Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmiryolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılmasına $400 mln.-dan çox vəsait tələb olunur. İşlərin əksər hissəsi Azərbaycan sərhədinədək dəmiryolu rabitəsinə malik olmayan İranda həyata keçirilməlidir. Azərbaycanda $35-40 mln.-dan çox vəsait həcmində müəyyən işlər görmək lazımdır.

Azərbaycanda həyata keçirləcək işlərin həcmi böyük deyil. Astara stansiyasınadək təqribən 8,5 km yol hissəsi çəkilməli, təkər cütlüklərinin dəyişmə sistemi olan stansiyalar, sərhəd və gömrük infrastrukturu yaradılmalıdır. Sərhəd dəmiryolu körpüsü də inşa edilməlidir. Lakin bu layihənin reallaşdırılması İranla paritet əsasda həyata keçiriləcək.

Birinci mərhələdə bu dəhlizlə 5 mln. ton yükün daşınacağı proqnozlaşdırılır. Daha sonra bu rəqəm ildə 10-15 mln. tona çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti