...

"Bank Respublika"nın daha yeddi əmanətçisi qızıl külçə qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2009 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr/ Trend /

"Bank Respublika" əmanətçilər arasında növbəti uduş tirajını keçirib. Əsas hədiyyəsi Mazda3 avtomobili olan uduş kampaniyasının növbəti tirajı nəticəsində bankın daha yeddi əmanətçisi qızıl külçə qazanıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Bankın 2 əmanətçisi hər biri 20 qram, daha 5 əmanətçisi isə hər biri 10 qram olmaqla ən yüksək 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıb. Kampaniyanın əsas hədiyyəsi olan Mazda3 avtomobili 2010-cu il martın 15-də oynanılacaq.

Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN/USD/EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN/USD/EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bank əməkdaşları və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

"Bank Respublika"da manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16 faiz təşkil edir.

"Bank Respublika"nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, bankın hesabına səyahət, tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş əhalinin əmanətləri fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti