...

Azərbaycan Dövlət Sığorta Şirkəti nizamnamə kapitalını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2009 11:49 (UTC +04:00)
"Azərsığorta" Dövlət Sığorta Şirkəti ilin sonunadək sığorta haqlarını 20-22 milyon manata çatdırmaq niyyətindədir. Bu barədə şirkətin sədr müavini Aftandil Hacıyev çərşənbə axşamı deyib.
Azərbaycan Dövlət Sığorta Şirkəti nizamnamə kapitalını artırmağı planlaşdırır

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərsığorta" Dövlət Sığorta Şirkəti ilin sonunadək sığorta haqlarını 20-22 milyon manata çatdırmaq niyyətindədir. Bu barədə şirkətin sədr müavini Aftandil Hacıyev çərşənbə axşamı deyib.

"Şirkətin haqları əsasən icbari sığorta növü üzrə yığılmaların hesabına formalaşır və sığortanın bu növündə həcmin azalması müşahidə olunmur", - Hacıyev deyib.

Şirkətin yanvar-sentyabr aylarında fəaliyyət yekununa görə, 9,91 milyon manatlıq ödəmələrlə 19,64 milyon manat sığorta haqqı yığılıb.

Onun sözlərinə görə, şirkət ilin sonunadək nizamnamə kapitalını 4 milyon manatadək artırmağı planlaşdırır. Hazırda nizamnamə kapitalı 3,5 milyon manat təşkil eir.

Şirkətin nizamnamə kapitalı 2009-cu ilin yekunları üzrə gəlirlərin hesabına artırılacaq.

2009-cu ildən Azərbaycanda bankların, sığorta və təkrarsığorta şirkətlərinin gəlirləri kapitallaşmaya yönəlir, vergidən azad olur. Bununla bağlı qanunun qəbul edilməsində əsas məqsəd maliyyə sahəsinin inkişafını sürətləndirmək, bank və sığorta sektorunda xidmətin keyfiyyətinin artırılmasıdır. Ölkədə gəlirə olan vergi 22 faizdir.

"Azərsığorta" şirkəti 1992-ci ildə, Sovet İttifaqı dağıldıqdan sonra keçmiş dövlət sığortasının bazasında yaradılıb. Şirkət ölkənin bütün şəhər və rayonlarında 80 sığorta agentliyinə sahibdir. Şirkət 10 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.

Oktyabrın 27-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti