...

Avropa İttifaqı və Türkiyə aviasiya haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2010 14:28 (UTC +04:00)
Cümə axşamı Avropa İttifaqı və Türkiyə arasında hava nəqliyyatı sahəsində saziş imzalanıb. Saziş Türkiyə ilə ittifaq üzvü olan ölkələrin hər biri arasında hava əlaqəsinə dair ikitərəfli sazişlərdəki məhdudiyyətləri aradan qaldıracaq. Bu barədə Aİ-nin rəsmi məlumatında bildirilir.
Avropa İttifaqı və Türkiyə aviasiya haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir Y.Ostapenko/

Cümə axşamı Avropa İttifaqı və Türkiyə arasında hava nəqliyyatı sahəsində saziş imzalanıb. Saziş Türkiyə ilə ittifaq üzvü olan ölkələrin hər biri arasında hava əlaqəsinə dair ikitərəfli sazişlərdəki məhdudiyyətləri aradan qaldıracaq. Bu barədə Aİ-nin rəsmi məlumatında bildirilir.

Bu saziş Ankara ilə ikitərəfli sazişin olması və daşımalarla bağlı kommersiya hüquqlarına əməl olunması şərti ilə Aİ-nin istənilən aviaşirkətinin hər hansı Aİ dövləti ilə Türkiyə arasında reysləri yerinə yetirməsinə imkan verəcək.

Hava əlaqəsi üzrə "Üfiqi" adlanan bu saziş AB üzvləri ilə Türkiyə arasında ikitərəfli sazişləri əvəz etmir, lakin onları Aİ qanunvericiliyinə uyğunlaşdırır.

Hazırda Aİ və dünyanın 50 ölkəsi arasında 42 belə "üfiqi" saziş var.

Aİ və Türkiyə arasında saziş aviasiya əlaqəsinin gələcək möhkəmləndirilməsi yolunda mühüm addımdır. Bu, daşımaların artırılmasına xidmət edəcək. Hava nəqliyyatı Aİ və Türkiyənin münasibətlərində çox vacibdir, belə ki, adamları, mədəniyyəti və biznesi birləşdirir.

Türkiyə Aİ-nin əsas aviatərəfdaşlarından biridir. Aİ və Türkiyə arasında sərnişin daşımaları 2008-ci ildə 25 milyonu ötüb. Bununla da Türkiyə sərnişinlərin sayı üzrə Aİ üçün ABŞ və İsveçrədən sonra üçüncü xarici aviasiya bazarıdır.

Bu saziş Aİ və Türkiyə arasında mülki aviasiya, o cümlədən, uçuşların təhlükəsizliyi, hava daşımalarının idarə olunması, texnologiyalar, tədqiqatlar və sənaye əməkdaşlığı, istehlakçıların müdafiəsi, ətraf mühitin mühafizəsi, həmçinin, rəqabət sahəsində gələcək əməkdaşlığa xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti