...

"Məşədi Əzizbəyov" stansiyasının girişi şüşə piramida şəklində olacaq - Bakı Metropoliteni rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 16:32 (UTC +04:00)
Bakı Metropoliteni bu ilin sonu və gələn ilin əvvəlində "Məşədi Əzizbəyov" stansiyasının modernləşdirilməsi və yenidən qurulması üzrə işləri başa çatdırmağı planlaşdırır.
"Məşədi Əzizbəyov" stansiyasının girişi şüşə piramida şəklində olacaq - Bakı Metropoliteni rəhbəri

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni bu ilin sonu və gələn ilin əvvəlində "Məşədi Əzizbəyov" stansiyasının modernləşdirilməsi və yenidən qurulması üzrə işləri başa çatdırmağı planlaşdırır. Bu barədə cümə günü Bakı Metropolitenin rəhbəri Tağı Əhmədov bildirib.

"Məşədi Əzizbəyov" metrostansiyası 1972-ci ilin noyabrında istifadəyə verilib.

"Stansiyanın yenidən qurulması üzrə işlər üçün vəsait artıq ayrılıb və bu ilin sonu olmasa da, növbəti ilin əvvəlində işlər başa çatacaq", - Əhmədov bildirib. Stansiyanın yenidən qurulması zamanı əlavə çıxışların inşası da nəzərdə tutulur.

Əhmədovun əvvəlcə bildirdiyi kimi, stansiyanın yenidən qurulmasına dövlət büdcəsindən 6 milyon manat ayrılıb.

Əhmədov hesab edir ki, "Məşədi Əzizbəyov" stansiyası ilə yanaşı, "İnşaatçılar" və "Ulduz" stansiyalarının da adı dəyişdiriləcək.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti